BaşlıcaSiyasət

Ermənistanda koronavirusla mübarizədə yardımın xüsusi hesabına təxminən 2 milyon dollar vəsait daxil olub

Ermənistan Maliyyə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 14-də saat  18: 00-a olan məlumata görə, Ermənistanda koronavirusla mübarizəni asanlaşdırmaq üçün xüsusi hesaba ümumilikdə  3 678 ödəniş olub ki, o da 960 milyon dram (təxminən 1.98 milyon dollar)  (1 dollar 485 dram) təşkil edir.Bu haqda ER  Maliyyə nazirliyinin  mətbuat xidməti məlumatlandırıb.

Daha əvvəl Maliyyə nazirliyi  “Koronavirus   infeksiyası  (COVID-19) qarşısının alınması, onunla mübarizə və  üstün gəlinməsini təmin etmək üçün fiziki şəxslərə və təşkilatlara dövlət tərəfindən verilən yardımlardan maliyyə dəstəyi”adlı xəzinə hesabı açıldığı bildirildi.

Məqsəd  Səhiyyə nazirliyinə  koronavirus   yoluxmasının qarşısını almaq  və ona qarşı mübarizə aparmaqdır.

Martın 16-dan  Ermənistanda bir ay müddətində koronavirusun yayılmasının qarşısını almaq üçün Fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bununla yanaşı, sərbəst hərəkətə məhdudiyyətlər və  martın 24-də tətbiq olunan iqtisadi fəaliyyət növləri aprelin 12-ə kimi qüvvədə idi.

Aprelin 13-də hökumət Fövqəladə vəziyyət rejimini daha bir aya – 2020-ci il  mayın 14-ü də daxil olmaqla saat 17.00-a qədər uzadaraq, yenidən işləməyə icazə verilən iş sahələrinin siyahısını genişləndirdi.

Daha çox göstər
Back to top button