BaşlıcaSiyasət

“Qarabağ ermənilərin qəbirstanlığına çevriləcək” çağırışı üçün Niderlandlarda hökm oxunub

Hollandiya Ali Məhkəməsi, Azərbaycan-Türkiyə Mədəniyyət  asosiassiyası  sədrini milli ayrıseçkilik təbliği ilə bağlı çıxardığı hökm barədə əvvəlki qərarlarını qüvvədə saxladı. Bu barədə Ermənistanın Hollandiyadakı səfiri Tiqran Balayan öz Facebook səhifəsində yazıb.

“2014-cü ildə Almeloda, Erməni Soyqırımı qurbanlarının xatirəsinə  həsr olunmuş  Memorialı yaxınlığında keçirilən etiraz mitinqində İlhan Aşkin elan etmişdir ki, “ Qarabağ ermənilərin məzarına çevriləcək”.

Bu qərar Hollandiyada yaşayan soydaşlarımızın  ardıcıllıqla  olan mübarizəsinin nəticəsidir və irqçiliyin təzahürlərinə qarşı qətiyyətli bir qələbədir.

Hollandiya məhkəməsi bununla da tolerantlığın və qanunun aliliyinin qarantı rolunu bir daha  təstiq etdi”-deyərək  Balayan yazıb.

Daha çox göstər
Back to top button