BaşlıcaBeynəlxalq

ABŞ Bakını siyasi məhbusları azad etməyə çağırır

ABŞ-ın dini azadlıqlar üzrə səfiri Sem Braunbek iki həftə ərzində üçüncü dəfə COVİD pandemiyası fonunda bütün dünyada vicdan məhbuslarını azad etməyə çağırıb.

Çərşənbə günü Dövlət Departamentində internet-brifinqdə jurnalistlər qarşısında çıxış edən səfir Azərbaycanın 176 məhbusu azad etdiyini xatırladıb və əlavə edib: “Amma biz əsas azadlıqlarını həyata keçirdiklərinə görə həbs edilən hər kəsi, o cümlədən dini məhbusları azad etməyə çağırırq”.

Azərbaycan hökumətinin əksəriyyəti Müsəlman Birliyi Hərəkatının üzvləri olan dini məhbusları azad edəcəyinə ümid edib-etmədiyi barədə suala cavabda Braunbek deyib: “Bir sıra dini və siyasi məhbusların azad edilməsini alqışladım. Buna ümid edirəm və bunda israr etməyə davam edirik. Bundan başqa, hakimiyyət insanların virusa görə həbsxanada ölməsini istəməz. Əlinizi bu qana bulamağınıza ehtiyac yoxdur”.

Qeyri-hökumət təşkilatlarının qiymətləndirmələrinə görə, hazırda Azərbaycanda 130-dan çox siyasi məhbus var və onların yarısından çoxu dini fəallardır.

Daha çox göstər
Back to top button