BaşlıcaSiyasət

“Artsax XİN ÜTT-ni koronavirusla mübarizəyə kömək etməyə çağırır”

BMT Baş katibi Antonio Quterreşin, dünyanın bütün  güşələrində  təcili və universal şəkildə atəşkəs çağırışı, insanlığın ümumi düşmənə qarşı mübarizədə yeni növ olan koronavirus (COVID-19) ilə birləşməsini təmin etmək üçün  zəruri və vaxtında başlanan təşəbbüsdür.

Bu çağırışın vicdanla həyata keçirilməsi beynəlxalq birliyin bütün bəşəriyyət naminə bu yeni təhlükəni effektiv şəkildə aradan qaldırmaq üçün kollektiv səylərinə böyük töhfə olacaqdır.

Əminik ki, bu böhran dövründə pandemiya tərəfindən yaranmış vəziyyətdən dar siyasi məqsədlərə çatmaq üçünistənilən cəhd bütün beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır və ən sərt qınağa layiqdir.

 Və əksinə, ümumi və amansız bir düşmən qarşısında bütün bəşəriyyətin birliyi bu mübarizədən nəinki qalib çıxmağa, həm də dünyanı daha etibarlı və firavan hala gətirə biləcək əməkdaşlıq ruhunu gücləndirməyə imkan verəcəkdir.

Artsax Respublikası BMT Baş katibinin təşəbbüsünə dərhal reaksiya verib və martın 24-də Azərbaycan-Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə ciddi əməl etmək öhdəliyini bir daha təsdiqləyibdir.

BMT Baş katibinin yeni növ koronavirus epidemiyası ilə mübarizənin beynəlxalq birliyin kollektiv səylərinin mərkəzində olması barədə fikirlərini bölüşürük. Yalnız “heç kim unudulmur” prinsipinə əməl etməklə bəşəriyyət bu imtahana ləyaqətlə dözə biləcəkdir.

Artıq otuz ildən çoxdur ki, Azərbaycanla münaqişə edən Artsax Respublikası üçün, yeni tip koronavirusla mübarizə xüsusilə kəskindir, nəzərə alsaq ki, Artsax xalqı münaqişə səbəbindən beynəlxalq təşkilatların dəstəyindən məhrumdur. .

Bununla əlaqədar olaraq ümid edirik ki, ixtisaslaşmış beynəlxalq təşkilatlar, xüsusən Ümumdünya Səhiyyə Təşkilatı, bu qlobal problemin öhdəsindən gəlmək üçün ümumi səylərə öz töhfəsini verəcək koronavirusla mübarizədə Artsaxa dəstək olacaqdır.

Daha çox göstər
Back to top button