ArtsaxBaşlıca

Artsaxda 2 nəfər koronavirusdan sağalıb

Artsaxda iki nəfər koronavirusdan müalicə olunaraq sağalıb. Bu barədə Artsax Respublikasının Dövlət naziri, fövqəladə vəziyyət rejiminin komendantı Grigori Martirosyan bildirdi.

Artsaxın Dövlət naziri həmçnin qeyd etdi ki, Artsaxda 16 nəfərin test nəticələri mənfi çıxdı, onlarda koronavirus aşkarlanmadı.

“Deməli ki, infeksiyanın bir ocağı söndürülüb. Söz Kaşatağın Mirik, Moşatağ və Tsitsernavank kəndləri haqqındadı”, – deyə Grigori Martirosyan bildirib.

Artsaxda koronavirusla bağlı vəziyyətə toxunan nazir qeyd etdi ki, Arstaxda 6 koronavirusa yoluxma faktı qeydə alınıb, iki nəfər sağalıb. Ölkədə inidiyədək 76 test edilib.

Daha çox göstər
Back to top button