BaşlıcaBeynəlxalq

Bakı müxalifətçilərin təqibi üçün pandemiyadan istifadə edir: Human Rights Watch

Azərbaycan hakimiyyəti koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilmiş məhdudiyyətlərdən sui-istifadə edir və hökuməti tənqid edənləri susdurmaq üçün müxalifət fəallarını həbs edir. Turan agentliyinə əsasən, bu barədə Human Rights Watch (HRW) hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

Son həftələr ərzində ən az altı fəal və müxalif jurnalist saxta karantin rejimini pozmaq və ya polisə tabe olmamaq ittihamları ilə 10 gündən 30 günədək həbs edilib.

Demək olar ki, onların hamısı karantin mərkəzlərindəki şəraiti və ya hökumətin əhalinin həssas təbəqələrinə adekvat kompensasiya vermək iqtidarında olmamasını tənqid etdikdən sonra həbs ediliblər.

Həbs edilənlər arasında hətta xroniki xəstəliyi olan övladını müalicə üçün xəstəxanaya aparan insan da olub.

“Bu həbslər tamamilə Azərbaycanda köhnə siyasi qisas modelinə uyğundur”, deyə HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Qogiya bildirib.”Hakimiyyət ifadə azadlığına görə cəzalandırmaq üçün fövqəladə vəziyyətdən bəhanə kimi istifadə etməyə son qoymalıdır”, deyə o, əlavə edib.

HRW hesab edir ki, insanların karantin rejiminin pozulmasına görə həbsi əslində xəstəliyin yayılmasını artıra bilər, çünki insanların çox olduğu həbs yerlərində virus asanlıqla yayıla bilər. Regional, eləcə də milli monitorinq qrupları Azərbaycan həbsxanalarında saxlanma şəraitini tənqid edib.

HRW hesab edir ki, Azərbaycanda tətbiq edilmiş evdən çıxmaq üçün icazə sistemi yerdəyişmə azadlığını və şəxsi azadlığı həddindən artıq məhdudlaşdırır.

“Karantinin pozulmasına görə sanksiya kimi həbs cəzasından istifadə etmək səmərəsizdir və BMT və Avropa Şurasının ekspertlərinin tövsiyələrinə ziddir.

Hakimiyyət dərhal məhdudlaşdırıcı tədbirlərin siyasi tətbiqinə son qoymalı və həbs edilmiş şəxsləri azad etməlidir”, deyə HRW-nin bəyanatında bildirilir.

Daha çox göstər
Back to top button