BaşlıcaSiyasət

Nazir: “FV rejiminə baxmayaraq, hərbi sənayenin bütün sifarişləri yerinə yetirilir”

Fövqalədə  vəziyyət rejiminə baxmayaraq, hərbi sənayenin bütün sifarişləri yerinə yetirilir. Bu  haqda  parlament  iclasında  ER Yüksək exnoloji sənaye naziri Hakob Arşakyan bu günki bildirdi.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ilin sonunadək uzunmüddətli sifariş sxemini işləyəcək.

Arşakyan yaxın vaxtlarda Hərbi sənaye komitəsinin yeni rəhbərinin təyin olunacağını qeyd edib.

Xatırladaq ki, aprelin 9-da Ermənistanın Dövlət Hərbi-Sənaye Komitəsi Müdafiə nazirliyindən ayrılacaq və Yüksək texnoloji sənaye nazirliyi tərəfindən idarə ediləcəyi məlum olub. Belə bir qərar hökumət iclasında qəbul edilmişdir.

Daha çox göstər
Back to top button