BaşlıcaSiyasət

Zohrab Mnatsakanyan, Artsaxdakı seçkilərin nəticələri barədə danışdı

ER Xarici işlər naziri vurğuladı ki, ER hökuməti Artsax Respublikasının təhlükəsizliyinin qarantı olmuş və olaraq qalmaqdadır..

Artsaxda keçirilən ümumdövlət seçkiləri Artsax xalqının könüllü iradəsi və insan haqlarının həyata keçirilməsidir.Bu haqda  parlamentdə  ER Xİ naziri Zohrab Mnatsakanyan qeyd edib.

O, həmçinin Ermənistan hökumətinin Artsax Respublikasının təhlükəsizliyinin qarantı olduğunu və beynəlxalq aləmdəki öhdəliklərini yerinə yetirməyə davam edəcəyini vurğuladı. Xatırladaq ki, martın 31-də  Artsaxda keçirilən Prezident seçkilərinin ilk turundan sonra keçmiş Baş nazir (dövlət naziri), “Azad Vətən” Partiyasının lideri Arayik Harutyunyan və Xarici işlər naziri Masis Mailyan yarışda qalmışdır.

Seçkilərin ilk turu nəticəsində Arayik Harutyunyan 49,26% səs, Xarici işlər naziri Masis Mayilyan isə 26,4% səs toplamışdır.

Seçkilərin ikinci turuaprelin 14-də keçirildi, nəticədə Arayik Harutyunyan qalib gəldi. 282 seçki məntəqəsinin hamısında bülletenlərin işlənməsi nəticəsində 39 860 nəfər Harutyunyana, 5428 nəfər isə Mayilyanın xeyrinə  səs verib.

Daha çox göstər
Back to top button