Başlıcaİctimaiyyət

Çindən Ermənistana antikoronavirus dərmanlarının yeni partiyası gətirildi (video)

Tiqran Avinyan, uçuşa dəstək verdiyi üçün bu prosesdə iştirak edən bütün ali idarələrə ,həmçinin  Çin hökumətinə uçuşu həyata keçirməkdə  yardımı üçün  təşəkkür edib.

ER Komendantı Tigran Avinyan bildirir ki, aprelin 15-də yeni növ koronavirusla mübarizə üçün lazım olan tibbi ləvazimat və avadanlıqların ikinci dəstəsi Çindən Ermənistana ikinci xüsusi uçuşla  gətirildi.

“Koronavirus üçün diaqnostik testlər hazırlamaqla yanaşı Ermənistana 87 mindən çox qoruyucu tibbi xalat, 24000 tibbi maska, 20 000 KN95 qoruyucu maska, 101 uzun mənzilli termometr, tibbi alətlər, biokimyəvi xammal gətirilib”- deyərək Avinyan yazıb.

Onun sözlərinə görə, gətirilən partiyanın böyük hissəsi Eduardo Eurnekianın şirkətləri, “Mənim addımım” Fondu və digər sponsorlar tərəfindən verilmiş vəsait ilə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) tərəfindən alınmışdır.

Təyyarəylə Ermənistan Respublikasının dövlət vəsaiti hesabına alınan tibbi yardımları, habelə Çin  xeyriyyəçilərinin  bağışladığı dərmanları da nəql edilmişdir..

Daha çox göstər
Back to top button