Erməni əsilli 8 iş adamı Rusiyanın ən zəngin insanarının sıralarındadır

Forbes jurnalının Rusiya versiyası “Rusiyanın ən zəngin 200 iş adamı” reytinqini açıqladı. Siyahıya erməni əsilli 8 iş adamı da daxil olundu.
29-cu yerdə “Magnit” şəbəkəsinin sahibi, “Krasnodar” futbol klubunun sədri Sergey Galitskiydir (Harutyunyan). Onun sərvəti 3,4 milyard dollar qiymətləndirilir.
“Taşir” şirkətlərinin qurucu direktoru Samvel Karapetyan isə 39-cu yerdədir. Onun sərvəti 2.5 milyard dollar qiymətəndirildi.
52-ci yerdə Badoo internet servisinin qurucusu Andreya Andreyevadır (Ogandjanyants). Sərvəti 1.8 milyard dollardır.
“Тройка Диалог” şirkətinin İdarə Heyətinin keçmiş sədri Ruben Vardanyan 103-cü yerdədir (950 milyon dollar). Yota telekommunikasiya operatorunun həmtəsisçisi Albert Avdolyan 113-cü yerdədir (800 milyon dollar).
“РЕСО-Гарантия”-nin sahibləri Nikolay və Sergey Sargsyan qardaşları 146 və 147-ci yerlərdə, hər birinin sərvəti 700 milyon dollardır.
ABBYY şirkətinin İdarə Heyətinin Sədri David Yan 166-cı yerdədir (600 milyon dollar).
19,7 milyard dollar sərvəti ilə Rusiyanın ən varlı iş adamlarının reytinqində ilk yerdə «Норильский никель» şirkətinin əsas səhmdarı Vladimir Potanindir.