Başlıcaİctimaiyyət

İndiyədək Azərbaycanda 1283 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusa 30 yeni yoluxma halı qeydə alınıb.

Bunu Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, 56 nəfər evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək Azərbaycanda 1283 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib.

Daha çox göstər
Back to top button