Başlıcaİctimaiyyət
Koronavirusa yoluxmuş bir ana və iki aylıq körpəsi sağaldı

Sualımıza cavab olaraq Tibb mərkəzindən ana və uşağın artıq xəstəxanadan çıxdığı xəbərini təsdiqlədilər.
Koronavirusa yoluxmuş ana və iki aylıq uşaq artıq xəstəxanadan buraxılıb.
Sputnik Armeniya xəbər verir ki, Ermənistanda koronavirus xəstəliyinə yoluxmuş ana və körpə Surb Qrikor Lusavoriç Tibb mərkəzində müalicə alırdılar.Xatırladaq ki, martın 27-də ER Səhiyyə naziri Arsen Torosyan Facebook-un canlı yayımında bildirmişdir ki, 2 aylıq uşaqda və anasında koronavirus təstiq olunub.
Nazir qeyd edib ki, uşağın ümumiyyətlə simptomları yoxdur,ananın isə cəmi 2 gün hərarəti olub.
Hazırda Ermənistanda koronavirusa yoluxanların sayı 1159 nəfərdir.