Başlıcaİctimaiyyət

Serj Sargsyan Aprel müharibəsindən danışdı

“Serj Sarkisyan bir çox şey xatırladı. İstintaq komissiyasının sualarına əlavə cavablar belə verib”,-deyə parlamentdə Aprel müharibəsi ilə əlaqədar Araşdırma Komissiyasının iclasından sonra komissiya sədri Andranik Koçaryan jurnalistlərə açıqlamasında söylədi.

Serj Sargsyanın çəkilmiş son filmdə 800 hektar deyil, 400 hektar ərazinin itirilməsi barədə dediklərinə dair sualına Andranik Koçaryan belə cavab verib: “Cənab Sargsyan qeyd etdi ki, bu sadəcə filmdi. Cənab Sargsyandan filmdə səsləndirilmiş bir çox faktları dəqiqləşdirməyə çalışdıq. Onun cavabı oydu ki, bu film rejissoru tərəfindən yazılmış filmdir və onlar da bu filmdə müsahibə vermişdir”,-deyə Koçaryan qeyd etdi.

O, Serj Sargsyana daha ciddi suallar verdiklərini qeyd etdi. “Biz daha ciddi suallar verdik. Rəqibin önündə duran məsələnin həll edib etməməsi, bunda siyasi komponent olub olmaması, bizim hazır olub olmaması barədə onun fikirlərini öyrəndik”.

Daha çox göstər
Back to top button