BaşlıcaSiyasət

XİN: İran Azərbaycan və Ermənistan arasında münaqişə alovlandıra bilən istənilən qarşıdurmalara ziddir

İran Azərbaycanla Ermənistan arasında münaqişəyə səbəb ola biləcək hər hansı bir hərəkətə qarşı çıxır. Bu haqda İran Xarici işlər nazirinin müavini Seyid Abbas Aragçi azərbaycanlı həmkarı ilə telefon danışığında bildirib. Bu haqda məlumatı “Mehr” mətbusu  yazır.

Aragçi KİV-də  bəzi nəşrlərə istinad edərək, “düşmənlər  iki qonşu ölkə arasındakı dostluq münasibətlərini pozmağa çalışır”-deyərək  qeyd edib.

İranın yük maşınlarının Dağlıq Qarabağ üzərindən tranzit edilməsinə dair iddialar “əsl yalandır”-deyərək o, əlavə edib ki, “Azərbaycanın ərazi bütövlüyünə hörmət edərək” İran iki qonşu ölkə, Azərbaycan və Ermənistan arasında qarşıdurma yarada biləcək hər hansı bir hərəkətə əsaslı şəkildə qarşı olduğunu bildirir”.

Daha çox göstər
Back to top button