BaşlıcaSiyasət

Azərbaycan hakimiyyəti ölkədə xüsusi karantin rejimini mayın 4-dək uzadır

Azərbaycan hakimiyyəti ölkədə qüvvədə olan xüsusi karantin rejimini mayın 4-dək uzadıb. Bu haqda ТАСС ölkənin nazirlər  kabinetinin nədznində fəaliyyət  göstərən qərargaha istinadan məlumatlandırır.

“Ölkədə xüsusi karantin rejiminin  aprelin 20-si  saat 00: 00-dan mayın 4-ü saat 00: 00-a qədər uzadılması barədə qərar qəbul edilib”-deyərək  sərəncamda bildirilib.

Bundan əlavə, bütün təhsil müəssisələrində dərslərin ləğvi mayın 4-dək uzadılır. “Eyni zamanda, uzadılmış karantin rejimindən mərhələli şəkildə çıxmaq üçün bir plan hazırlanaraq gələn həftə təqdim ediləcəkdir”- deyərək  hesabatda qeyd edilib.

Ölkədəki sanitar-epidemioloji vəziyyəti təhlil etdikdən sonra müəyyən ərazilərdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.

Martın 14-dən etibarən Azərbaycanda bir sıra sosial təcrid tədbirlərini özündə cəmləşdirən koronavirus səbəbiylə xüsusi bir rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq olunub.

Kütləvi tədbirlər qadağan edilib, məktəblərdə və universitetlərdə dərslər ləğv edilib, ticarət və əyləncə mərkəzləri, parklar və ictimai istirahət yerləri bağlanıb, şəhərlərarası nəqliyyat və Bakı metrosu tamamilə dayandırılıb.

Aprelin 5-dən etibarən ölkədə hərəkətə məhdudiyyət tətbiq edilib. Bir sıra dövlət və özəl qurumların fəaliyyətində iştirak edən şəxslər istisna olmaqla, bütün digər vətəndaşlara yaşayış yerlərini müəyyən hallarda və müəyyən müddət ərzində SMS icazələri sistemi vasitəsilə tərk etmək icazəsi verilir.

Əməliyyat qərargahının məlumatına görə, ölkədə yoluxanların ümumi sayı 1373 nəfər olub, 590 nəfər sağalmış, 18 pasient isə  vəfat etmişdir.Xüsusi müalicə xəstəxanalarında 765 nəfər, karantin zonalarında 3 minə qədər insan saxlanılır.

Daha çox göstər
Back to top button