Başlıcaİctimaiyyət

ER Baş naziri Nikol Paşinyan koronavirusa görə üçüncü dəfə test verdi

ER Baş naziri Nikol Paşinyan koronavirusa görə üçüncü dəfə test verib. Bunu Paşinyan facebookda canlı yayın zamanı deyib.

Paşinyan qeyd edib ki, bu dəfə də testlərin nəticələri neqativ çıxıb.

Baş nazir həmçinin canlı efirdən xalqa müraciətindən öncə məşq etdiyi zaman çəkilmiş 15 dəqiqəlik texniki kadrlardan ibarət video-çarxına bəzi insanların reaksiyasından təəccübləndiyini qeyd etdi.

“Bu, Sovet düşüncəsidir. O vaxt düşünürdülər ki, müəllim yatmır, tualetə getmir”,- Paşinyan deyib.

Onun sözlərinə, çox pis şey olub, amma pis olan bu kadrların məzmunu deyil, onu dərc edənlərin hərəkətidir.

Daha çox göstər
Back to top button