BaşlıcaSiyasət

ER Xİ naziri və ATƏT-in Minsk Qrupu həmsədrlərinin DQ münaqişəsi ilə bağlı video konfransı keçirildi

Aprelin 20-də ER Xarici işlər naziri Zohrab Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andcej Kasprşik ilə video konfransı keçirdi. Bu barədə Xarici işlər nazirliyindən məlumatlandırılıb.

Həmsöhbətlər Dağlıq Qarabağ sülh prosesindəki son hadisələri müzakirə etdilər. Xarici işlər naziri Mnatsakanyan, Artsaxda keçirilən ümumdövlət seçkilərə toxundu.

Tərəflər, yeni növ koronavirusa qarşı qlobal mübarizə kontekstində atəşkəs rejiminə qeyd-şərtsiz riayət etməyin vacibliyini vurğuladılar.

Mövcud şəraitdə işlərin davamlılığını təmin etmək üçün atılan addımlar barədə fikir mübadiləsi aparıldı. Bu çərçivədə, aprelin 21-də ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin video konfransının keçirilməsi barədə razılıq əldə edildi.

Daha çox göstər
Back to top button