ArtsaxBaşlıca

Koronavirus “Lavrov palnını” təzələyirmi?

Koronavirus pandemiyasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam etdirilir. Bunu ötən həftə birfinq ərzində Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

“Koronavirus pandemiyasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı iş davam etdirilir”,- deyə Zaxarova bildirib.
M. Zaxarova vurğulayıb ki, Rusiya XİN başçısı Sergey Lavrov, Ermənistan XİN başçısı Zohrab Mnatsakanyan və Azərbaycan XİN başçısı Elmar Məmmədyarov arasında baş tutan telefon danışıqlarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub.

“Tərəflərlə müntəzəm təmasları ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik həyata keçirir”,- deyə Zaxarova bildirib. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi həmçinn qeyd etdi ki, davam edən məsləhətləşmələrdə koronavirus infeksiyası və onun danışıqlar prosesinə təsiri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər dayanır. Sərhəddə və qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunur.

Zaxarovanın bu bəyanatı standart bir vəziyyətdə olduğunda təəccüblü olmazdı. Lakin hazırda dünya siyasətinin bir nömrəli mövzusu koronavirus və yaratdığı problemlərdir.

Rəsmi Moskva günlər və ya həftələr əvvəl səssiz qalırdı, Azərbaycan isə koronavirus pandemiyasına məhəl qoymayıb. Ölkəmizin dövlət sərhədlərinə qəsd edərək, Rusiyanın müttəfiqi olan Ermənistana qarşı təxribata əl atıb. Ermənistanın srəhədləriin qorumasında KTMT-nin üzvü olan Rusiyanın rolu da var.

Bu baxımdan təəssürat yaranır ki, Rusiya pandemiya faktorundan istifadə edərək, bölgədə, xüsusən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında təsiri artımaq, əvvəlki niyyətlərini yenidən başlamaq və dəyişiklikləri həyata keçirmək istəyir.

Əlbətdə ki, biz sadəcə bir fərziyyə irəli sürürük, lakin bu da tamamilə əsassız ola bilməz. Yeri gəlmişkən qeyd edək ki, Rusiya ekspertləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması “koronavirus” konyunkturasına tabe etməyə cəhd ediblər.

Şübhə yoxdur ki, problem nə koronavirus, nə də Dağlıq Qarabağ münaqişəsinin həqiqi həllidir. Moskva yaratdığı vəizyyətdən istifadə edərək “Lavrov planı” və ya onun dəyişdirilmələrini irəli sürməyə çalışır.

Daha çox göstər
Back to top button