BaşlıcaSiyasət

Prezident hakimlərin “vetinq”i barədə mübahisəli qanunu imzaladı

Ermənistan Respublikaının Prezidenti Armen Sarkisyan  “Ermənistan Respublikası Məhkəmə Məcəlləsi” Konstitusiya Qanununda əlavələr və dəyişikliklərin edilməsi haqqında” qanunu  və bununla əlaqədar 13 qanunu imzaladı. Bu barədə ER Prezidentinin mətbuat xidmətindən məlumat verilir.

Qeyd edək ki, söz hakimlərin “vetiniq”i barədə  mübahisəli qununla əlaqədardır.

“Korrupsiyaya qarşı mübarizəni mühüm sayaraq, eyni zamanda qanunlar Konstitusiyada təsbit edilmiş mütənasiblik prinsiplərinə uyğun tətbiq edilməlidir. Qanunun şərəfsiz tətbiqi dövlətə olan inamı sarsıda bilər”-deyə  mətbut xidətinin yaydığı mesajda deyilir.

Qeyd olunur ki, Konstitusiya tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində Respublika Prezidenti qanunların vicdanla və qanuni şəkildə tətbiq edilməsini yaxından izləyəcək.

“Ermənistan Respublikası Məhkəmə Məcəlləsi” Konstitusiya Qanununda əlavələr və dəyişikliklərin edilməsi haqqında” qanunu və qanunla əlaqəli 13 qanun, Parlament tərəfindən 2020-ci il martın 30-da Respublika Prezidentinə təqdim edilib.

Qanunlar hökumət tərəfindən  korrupsiyaya qarşı tədbirlərin səmərəliyinin artırılması əsasında təşəbbüs edilib.

Prezident, məhkəmə sisteminin fəaliyyətinə hər hansı bir təzyiq və ya müdaxilə istisna olmaqla, qanunların qeyd-şərtsiz yüksək məsuliyyət ilə tətbiq olunmasını gözləyir.

“Korrupsiyanın qarşısının alınması üzrə Komissiya haqqında” qanuna əsasən situasiya bəyannamələrinin təqdim edilməsi tələbinin əsaslı olması və yalnız müstəsna tədbir kimi tətbiq edilməsi vacibdir. Situasiya bəyannamələrini təqdim edənlərin dairəsi əsaslı şəkildə müəyyənləşdirilməli, tələb olunan məlumatların miqdarı şəxsi və ailə həyatı hüququ, fərdi məlumatların qorunması üçün konstitusiya tələbləri nəzərə alınmaqla zəruri və mütənasib olmalıdır. Qanunun icrası zamanı Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının fəaliyyətinin qanunla müəyyən edilmiş standartlara və prinsiplərə uyğun olacağını da gözlənilir”- deyə mətbuat xidməti Prezidentin narahatlıqlarını təqdim edib.

Ermənistan Respublikası Prezidentinin Aparatı Parlamentin  Dövlət və Hüquq məsələləri üzrə komitənin sədri və Ədliyyə naziri ilə qanun layihələri ilə bağlı narahatlıqlarını, mülahizələrini və suallarını müzakirə etdi və əlavə izahatlar aldı.

Xatırladaq ki, qanun layihəsinə görə korrupsiyanın qarşısının alınması komissiyası hakimlərin əmlakını yoxlayacaq.

Ermənistan Respublikası hökuməti Konstitusiya Məhkəməsi üzvlərinə 2020-ci il dekabrın 31-dək aylıq maaşları və bonusları müqabilində pensiya vəd edərək, istefa verməsini tələb edib.

Daha sonra konstitusiya böhranının həlli üçün aprelin 5-də  referendum keçiriləcəkdi, laikn Ermənistanda fövqəladə vəziyyət elan edildikdən sonra 5 aprel tarixinə təyin edilmiş konstitusiya dəyişiklikləri ilə bağlı referendum avtomatik olaraq ləğv edildi, çünki ER Konstitusiyasının 208-ci maddəsinə əsasən fövqəladə vəziyyət zamanı  referendum keçirmir. “Referendum haqqında” qanunun 12-ci maddəsində deyilir ki, “hərbi vəziyyət və ya fövqəladə vəziyyət səbəbindən keçirilməmiş referendum 50 gündən gec olmayaraq və hərbi və ya fövqəladə vəziyyət bitdikdən sonra 65 gündən gec olmayaraq keçirilməlidi”.

Martın 17-də Mərkəzi Seçki Komissiyası elan etdi ki, Ermənistan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun hazırlanmasına və keçirilməsinə yönəlmiş bütün işlər, proseslər və tədbirlər dayandırılacaq.

Daha çox göstər
Back to top button