Siyasət

AXCP liderinin WhatsApp və Telegram hesabları ələ keçirilib

Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin informasiya blokadası səkkizinci gündür davam edir. Dünən o, növbəti təxribatla üzləşib, onun WhatsApp və Telegram-dakı hesabları ələ keçirilib, bu barədə AXCP-nin bəyanatında deyilir.

AXCP-də bunun Azercell mobil rabitə operatorunun iştirakı olmadan baş verə bilməyəcəyindən əmindirlər. “Hesablara giriş kodları başqa necə hakerlərin əlinə düşə bilərdi?”, deyə bəyanatda bildirilir.

Bununla yanaşı, AXCP fəallarının Facebook-dakı hesablarına haker hücumları davam edir. AXCP-də bütün bunların arxasında ölkə hakimiyyətinin durduğundan əmindirlər.

Azercell şirkəti bir müddət əvvəl Kərimlinin İnternet və mobil rabitədən istifadə imkanından məhrum edilməsində əli olduğunu təkzib etmidi. Ölkə hakimiyyəti hələlik öz ünvanına səslənən ittihamlara reaksiya vermi.

Vəziyyəti Turan agentliyinə şərh edən media sahəsində ekspert Ələsgər Məmmədli qeyd edib ki, İnternetdə ən çox qorunan məxfi məlumatlar belə sındırıla bilər. Bu zaman mobil telefonlara bağlı olan WhatsApp, Telegram, Signal kimi messencerlər elektron poçtdan daha zəifdir.

Amma Azərbaycanda mobil operatorların infrastrukturuna Xüsusi Dövlət Mühafizəsi Xidmətinin (təzəlikcə formalaşıb) avadanlığı quraşdırılıb.

Daha çox göstər
Back to top button