Başlıcaİctimaiyyət

Azərbaycanda polis koronavirusa yoluxub

Polis əməkdaşları arasında koronavirusa yoluxanlar var. Bu barədə Turan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib. Polislərin koronavirusa yoluxma faktı təkcə paytaxt ərazisində qeydə alınmayıb.

Onun sözlərinə görə, polis xüsusi karantin rejiminin ilk günündən nəzarəti həyata keçirir və vətəndaşlarla sıx təmasda olur. “Ona görə də yoluxma halları var. Hal-hazırda həmin polis əməkdaşları müalicə alırlar, vəziyyətləri stabildir”, deyə Zahidov bildirib.

Amma o, koronavirusa yoluxmuş polis əməkdaşlarının sayını açıqlamayıb.

Daha çox göstər
Back to top button