BaşlıcaSiyasət

ER Xİ naziri Zohrab Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə video konfransını keçirib

Ermənistan və Azərbaycan Xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarovun aprelin 21-də onlayn görüşü keçiriləcək.Bu haqda məlumatı  Sputnik Armeniya ilə söhbətində  ER Xİ nazirliyinin mətbuat katibi Anna Nağdalyan  bəyan edib.

Onun sözlərinə görə, ER Xarici işlər naziri Zohrab Mnatsakanyan bu gün, aprelin 20-də ATƏT-in Minsk Qrupu həmsədrləri ilə video konfransını keçirib. “Həmsöhbətlər Dağlıq Qarabağdakı sülh prosessindəki son inkişaflarını müzakirə etdilər. Xarici işlər naziri Mnatsakanyan Artsaxda keçirilən ümumdövlət  seçkilərə toxunub”-deyərək  qeyd edib.

Aprelin 21-də ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin video konfransının keçirilməsi barədə razılıq əldə olunub.

Tərəflər Qarabağ münaqişəsini koronavirus epidemiyası kontekstində həll etmək yollarını müzakirə edəcəklər. Xatırladaq ki, Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri sonuncu dəfə yanvarın 28-30-da Cenevrədə görüşmüşlər.

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovla ayrılıqda və birgə görüşlər keçirmişlər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak etmişdir.

Daha çox göstər
Back to top button