Başlıcaİctimaiyyət

İndiyədək Azərbaycanda 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək Azərbaycanda 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Daha çox göstər
Back to top button