ArtsaxBaşlıca

Artsax hakimiyyətləri tərəfindən birtərəfli kompromislər istisna olunur: Arayik Harutyunyan

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan bildirir ki, rəsmi Stepanakertin tam iştirakı olmadan Artsax məsələsi ilə bağlı aparılan danışıqlar effektiv nəticəyə gəlməyəcəkdir.

“Biz münaqişənin yekun şəkildə və sülh yoluyla nizamlanmasıyla maraqlıylıq və  bilirik ki,  regionda stabil və uzunmüddətli sülhün bərqərar olması üçün bunun öz həlledici təsiri olacaq. Lakin biz Azərbaycan tərəfindən də eyni yanaşmanı və məsuliyyəti gözləyirik”- deyə öz Facebook səhifəsində Harutyunyan yazıb.

Onun sözlərincə, Artsax bu məsələdə ER hakimiyyətlərinin rolunu yüksək qiymətləndirir, amma qəbul etmək lazımdır ki, danışıq masasında təqdim olunan hər hansı bir təklif və ya sənəd üzərində Artsax xalqı adından danışıqlar aparmaq üçün Artsax hakimiyyəti mandat almışdır.

Aprelin 20-də və 21-də ATƏT Minsk qrupu həmsədrləri və xarici işlər nazirləriylə ayrı-ayrı, sonra isə bütün tərəflərin iştirakı ilə keçirilən ATƏT-in Minsk Qrupunun video konfranslarına toxunan Harutyunyan bir daha qeyd etdi ki, Azərbaycan hakimiyyəti münaqişənin həqiqi tərəfi ilə birbaşa danışıqlardan çəkinməyə davam edir.

Artsax Respublikasının yeni seçilmiş prezidenti kimi, Harutyunyan Artsax məsələsi ilə bağlı 7 məqamı səsləndirdi. Müvafiq olaraq, qeyd olunur ki, Artsax hakimiyyət orqanları münaqişənin sülh yolu ilə və yekun şəkildə həllinə yönəlmiş prosesin bütün mərhələlərində tam hüquqlu əsaslarıyla iştirak etməlidirlər. Hər halda, Artsax xalqının təhlükəsizliyi təhlükə altına düşə və ya sövdələşə bilməz. Bundan başqa, Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu prioritet kimi tanımadan, münaqişənin həllinin heç bir variantı tərəflər arasında əsaslı müzakirə mövzusu ola bilməz.

“Münaqişənin həlli prosesində güc və ya onun tətbiq etmə təhdidlərinin cəhdləri, aydın təminatlarla istisna olunmalıdır, çünki Ermənistan-Azərbaycan xalqları sülh şəraitində yaşamağa layiqdirlər. Əks təqdirdə, Artsax Respublikası Azərbaycana əks-hücum təşkil edərək, hərbi əməliyyatları da Azərbaycan ərazisinə köçürməyə hazırdır”- deyə Harutyunyan qeyd etdi.

Onun sözlərinə görə, Artsax hakimiyyət orqanları tərəfindən birtərəfli və ya qeyri-mütənasib kompromislər münaqişənin həllinin istənilən variantında istisna olunur. Münaqişənin həllində və onunla əlaqəli proseslərdə erməni qaçqın və məcburi köçkünlər azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bərabər şəkildə iştirak etməlidirlər. Onların problemləri eyni şəkildə və eyni zamanda həll edilməlidir.

Artsax Prezidenti həm də qeyd edir ki, beynəlxalq ictimaiyyət (ATƏT və həmsədr ölkələri) münaqişə və AR beynəlxalq statusu səbəbindən Artsax xalqının hüquqlarının pozulmasını və məhdudlaşdırılmasını istisna etməlidir, o cümlədən, beynəlxalq hüququn tanınmış prinsiplərinə baxmayaraq, Azərbaycanın ən azı təzyiq vasitəsi kimi tədbiq etməyə çalışdığı beynəlxalq humanitar proqramlar.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov bir saat yarım davam edən video zəng vasitəsilə danışıqlar prosesini davam etdirməyə razılıq verdilər.

Bundan başqa isə, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnaməsinin icrasında ən vacib addım 2019-cu ilin aprelində Moskvada qəbul edilmiş sənədin imzalanmasıdır. Söz, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilmiş sənəd barədədir.

Buna cavab olaraq ER Xarici İşlər Naziri Zohrab Mnatsakanyan, kompromislər yolu ilə sülh yolu ilə nizamlanmanın mümkün olduğunu bildirdi. Kompromislər isə olmayıb və olmayacaq da.

Daha çox göstər
Back to top button