BaşlıcaTəhlil

Bu məsələyə nə Lavrovların, nə Uorliklərin, nə İşingerlərin, nə də digərlərin təklifləri təsir edə bilər: Tevan Poğosyan

ER Prezidentinin məsləhətçisi, keçmiş deputat Tevan Poğosyan öz Facebook səhifəsində yazıb: 

“İlk dəfə bu barədə 2015-ci il noyabrın 15-də qeyd etmişəm, sonra 2016-cı il iyulun 16-da və 2020-ci il fevralın 15-də yenə buna toxunmuşam. Bu gün bir daha Qarabağ məsələsi ilə bağlı son müzakirələrə dair bir neçə sözüm var:

1.Artsax heç kəsin cibində deyil ki, alıb güzəştlərə getsinlər, versinlər ya da mübadilə aparsınlar. Bir şey olarsa, yalnız və yalnız müharibə ilə olacaqdır. Belə bir halda isə, yaxşı mübarizə apara bilməyəcəyimizə və yenidən qazana bilməyəcəyimizə görə özümüzü günahlandıra bilərik. Artsax öz torpaqlarının sahibidir. Bu deməkdir ki, sahibi Ermənidir və əminəm ki, bütün ermənilərlə ona sahib çıxacağıqdır. 

2.Müxtəlif ölkələr prezidentləri, baş nazirləri, Xİ nazirləri, səfirləri, vasitəçiləri gəlib gedəcəklər.

Fərqli təkliflər var və bunlar həmişə onların ölkələrinin maraqlarına cavab verir. Bizim məqsədimiz qalmaq və getməməkdir. Marağımız budur və gəlin öz üzərimizə düşəni edək.  Bu məsələyə nə Lavrovların, nə Uorliklərin, nə İşingerlərin, nə də digərlərin təklifləri təsir edə bilər: Onlar öz təkliflərini istəyir, bizsə bizimkiləri irəli sürməliyik.

3. “Heç vaxt qorxuyla danışıqlar aparmayın, lakin danışlardan da heç vaxt qorxmayın”. Kennedinin bu sözləri həqiqətən də bizim üçündür. Torpaqları saxlayaraq həmişə qorxmaz danışılar aparacağıq, yalnız torpaq verdikdən sonra qorxudan danışıqlar aparacağıq. 

4.Müharibəmiz nə ön xəttdə, nə beynəlxalq platformalarda bitməyib. Kim və ya nə üçün bizi hədəfə alacaq artıq önəmli deyil, çünki biz bugünkü düşmənləri məğlub etməyə hazır olmalıyıq. Beləliklə, gəlin öz maraqlarımızı irəli sürərək yaşayaq və işləyək.

5.Duxov!”

Daha çox göstər
Back to top button