BaşlıcaSiyasət

Mnatsakanyan-Məmmədyarov görüşü başa çatıb: tərəflər nəyi müzakirə ediblər?

Dünən Ermənistan Respublikası və Azərbaycan Respublikasının Xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub.

ATƏT Minsk Qrupunun həmsədrləri video görüşü ilə bağlı bəyanat yaydı.

Bəyanatda qeyd olunur ki, video-konfrans formatında keçirilən görüş bir saatdan çox davam edib.

“XİN başçıları Cenevrədə bu ilin 30 yanvarında yayılmış birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində növbəti addımları nəzərdən keçiriblər”,- deyə bəyanatda qeyd olunur.

Bəyanatda həmçinin deyilir ki, COVID-19 pandemiyası nəticəsində yaranmış fövqəladə vəziyyətə görə daha əvvəl uyğunlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsi təxirə salınıb. Həmçinin nazirlərin şəxsi görüşləri və həmsədrlərin regiona səfərləri təxirə salınıb.

Həmsədrlər atəşin dayandırılmasına ciddi riayət etməyin və fitnəkar hərəkətlərdən çəkinməyin əhəmiyyətini vurğulayıblar.

Daha çox göstər
Back to top button