BaşlıcaTəhlil

Rus ekspert: Güc tətbiq etməmək prinsipini yerin yetirmədən Kazan sənədi aktual deyil

Kazan ssenarisinə keçməkdən əvvəl tərəflər müvəqqəti atəşkəs barədə yeni razılığa gəlməlidirlər. Bu olmadığı halda RF Xİ naziri Sergey Lavrovun bəyanatı qəribə görünür.

Bu barədə NEWS.am-ə müsahibədə politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib. Onun sözlərinə görə, belə bir pandemiya şəraitində bu cür razılaşmanın imzalanması məntiqlidir.

“Azərbaycan tərəfindən rəd edilmiş Kazan sənədinin heç bir hüquqi qüvvəsi yoxdur, çünki tərəflər onu imzalamadı. Bu sadəcə Madrid prinsipləri çərçivəsində münaqişənin nizamlanması varyantlarından biridir. Ermənistan və Azərbaycan bütün təklifləri tənqid etdilər, amma hüquqi baxımdan tərəflərdən heç biri prosesdən çıxmadı”,-deyə o qeyd etdi.

Tarasovun sözləriylə, Ermənistan və Azərbaycan XİN başçıları bir neçə uzun görüşmə keçiriblər, amma ətraflı məlumat verilmədi. İndi isə, Kazan sənədi barədə danışılır. “Bundan başqa, Mnatsakan və Məmmədyarov arasında video-konfrans formatında görüş keçirilib və bu, Qarabağda baş verən seçkilərdən dərhal sonra keçirilib. İndi Moskvanın nə demək istədiyi məlum deyil. Lavrovun açıqlaması Yerevan və Bakı üçün gündəmmi? Gündəmdə Kazan sənədiysə, söz DQR rayonlarının azad edilməsi, Qarabağın aralıq statusunun müəyyənləşdirilməsi və son statusu ilə bağlı referendumdan gedir”,-deyə ekspert açıqladı.

O qeyd edib ki, Qarabağın yeni seçilmiş Prezidenti Arayik Harutyunyan münaqişənin həlli ilə bağlı heç bir  bəyanat verməyib və buna görə, indi məsələ DQR-nın faktiki subyektliyini saxlayıb-saxlamamasıdır. 

Daha çox göstər
Back to top button