ArtsaxBaşlıca

Ərazi güzəştləri ilə həll yolu yoxdur: Masis Mailyan Lavrovun bəyanatına toxunub

Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanmasının üç tərəfli formatı faktiki olaraq öz səmərəliyini sübut etdi və beləliklə, bunun bərpası Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə ciddi töhfə olacaqdır. Bunu Artsax Respublikası Xİ naziri Masis Mailyan bəyan etdi.

AR XİN-dən verilən məlumata görə, Mailyan, Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin, xüsusilə münaqişənin mərhəli həlli planının müzakirəsi barədə RF XİN başçısı tərəfindən səsləndirilmiş son idealar münasibətilə bunları vurğulamaq istəqdiyini qeyd etdi:

“Artsax Respublikası hakimiyyətləri dəfələrlə bəyan etmişdir ki, Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində Artsax xalqı üçün iki yüksək dəyəri müstəqillik və təhlükəsizliyi rəhbər tuturlar və bu dəyərlərə təhdid edən istənilən təklif Artsax üçün qəbuledilməzdir”.

O həmçinin qeyd etdi ki, Artsax tərəfindən ərazilərin güzəştləri əsasında məsələnin mümkün həll yollarının axtarışı prespektivli deyil, çünki Azərbaycan-Qarabağ münaqişəsi ərazi mübahisəsi deyil. Ərazilərin güzəştlərinə gələndə isə, bu yalnız Artsax Respublikası deyil, həmçinin Ermənistan Respublikasının təhlükəsizlik sisteminin dağıdılmasına aparan bir yoldur. Belə şəraitdə öz tarixi vətənində yerli əhalinin mövcudluğu belə təhlükəyə düşər. Vurğulanmalıdır ki, Artsaxda keçirilmiş son seçkilər ictimaiyyət və respublikanın siyasi gücləri arasında ərazilər güzəştinin yolverilməz olması barədə konsensusun olduğunu göstəib.

Masis Mailyan danışıqlar prosesinin formatı barədə idealara gəlincə, deyib ki, EF XİN başçısı keçmişdə danışıqlarda Artsaxın birbaşa iştirak etmə faktını tanımışdır, amma eyni zamanda ATƏT-in Minsk qrupu həmsədrlərinin və AƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistan-Azərbaycan görüşlərinin ikitərəfli formatını yaxşı və faydalı adlandırıb. Ancaq, format barədə yalnız əldə edilən nəticələrlə danışmaq olar.

“Bu münasibətilə qeyd etmək istəyirəm ki, ikitərəfli deyil də, məhz üç tərəfli formatı sayəsində də Azərbaycan-Qarabağ münaqişəsinin yeganə real nəticəsi əldə edilib və 1994-cü il mayın 12-də atəşkəs barədə müddətsiz razılaşma imzalanıb. Beləliklə, tam üç tərəfli formatda olan danışıqların 4 ili ərzində 20 ildən çox sürən Ermənistan-Azərbaycan formatında ikitərəfli görüşlərdən daha çox nəticə olub.

Üç tərəfli format praktikada öz səmərəliliyini sübut etdi və beləliklə də bunun bərpası Azərbaycan-Qarabağ münaqişəsinin süly yolu ilə həlli prosesinə ciddi töhfə verəcəkdir”,-deyə Xİ naziri vurğuladı.

Mailyan həmçinin bildirib ki, Ermənistan yanaşmalarının Artsax hakimiyyətləri yanaşmaları arasında fərq yoxdur, amma bu demək olmur ki, Ermənistan Artsax maraqlarını təmsil etməlidir. Danışıqlar prosesində Artsax xalqının maraqlarını xalqdan müvafiq mandatları alan Artsax Respublikasının rəsmiləri təmsil etməlidir. ER da öz növbəsində Artsax Respublikasının maraqlarını beynəlxalq aləmlərdə və ATƏT-in Minsk qrupu himayəsində keçirilən görüşərdə təmsil etməyə davam edəcəkdir.

“RF XİN başçısı tərəfindən səsləndirilmiş təkliflər sözdə Madrid prinsiplərinin dəyişdirilmiş bir çox varyantlarından biridir. Bu səbəbdən xatırlatmalıyıq ki, “Madrid prinsipləri”-nin əsas elementlərinin yayılmasından dərhal sonra 2009-cu il iyulun 15-də Artsax Respublikası XİN-i bəyanatla çıxış edib və sülh yolu ilə nizamlanmasında maraqlı tərəfləri bölgədəki status-kvonun pozulmasına icazə verməməyə çağırıb. Qeyd olunub ki, Artsaxı keçmişə qaytarmaq üçün istənilən cəhd təkcə qeyri-səmərəli deyil, həmçinin münaqişənin yeni kəskinləşməsinə gətirib çıxaracaqdır”.

Masis Mailyan qeyd edib ki, Artsax hakimiyyətinin mövqeyi dəyişməz olaraq qalır və Artsax danışıqar masasına tam bir tərəf olaraq oturmalıdır. O həmçinin 2016-cı il aprel ayında Azərbaycan tərəfinin Artsaxa qarşı təcavüzünü xatrlataraq vurğulayıb ki, hazırkı status-kvonun hər hansı bir dəyişdirmə cəhdi münaqişəsinin eskalasiyası ilə nəticələnəcək, çünki bu, yalnız Artsaın deyil, bütün regionun təhlükəsizlik sisteminin əsaslarından biridir.

Nazir hazırda müzakirə olunan məsələlərə gəlincə isə, qeyd edib ki, tərəflər məsələnin nizamlanması üzrə heç bir konkret plan müzakirə etmirlər və bu deməkdir ki, masada sözdə Madird prinsipləri və təklifləri yoxdur. İndi ən vacib məsələ atəşkəs rejiminin gücləndirilməsi, qoşunların təmas xətində risklərin azaltması mexanizmlərinin tətbiqi və inamın bərpası üçün aparılan tədbirlərin həyata keçirilməsidir. Ermənistanla Azərbaycan Xİ nazirləri arasında da məhz bu məsələlər çərçivəsi müzakirə olunur. Rəsmi Bakının bəyanatları və şikayətləri da hər hansı bir konkret nizamlanma planının müzakirə olunmamasını sübut edir.

Daha çox göstər
Back to top button