BaşlıcaSiyasət

ER Müdafiə naziri döyüş məntəqələrinə getdi

Aprelin 22-də ER Müdafiə naziri Davit Tonoyan işgüzar səfəri ilə Ermənistan-Azərbaycan dövlət sərhədinin cənub-qərb istiqamətində yerləşən döyüş məntəqələrində olub.

Müdafuə naziri sərhəd xəttində mövcud olan operativ-taktiki vəziyyət, həyata keçirilmiş və prosesdə olan mühəndislik işlər barədə məlumatlandırılıb.

MN başçısı hərbçilərlə söhbətdə şəxsi heyətin sosial-məişət şəraitinin durmadan yaxşılaşdırılması ilə bağlı məsələlərin hər zaman ölkənin hərbi-siyasi rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdi.

David Tonoyan çətin dağlıq şəraitdə vəzifə yerinə yetirən hərbçiləri həvəsləndirdi və əla xidmətlərinə görə təşəkkür etdi.

Müdafiə naziri, həmçinin hərbi hissə və hərbi hissə komandirlərinin bölmələr qarşısında qoyulmuş vəzifələrin icrası, şəxsi heyətin döyüş və mənəvi hazırlıq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi istiqamətində görülən işlər barədə hesabatlarını dinlədi və müvafiq tapşırıqlarını verdi.

Daha çox göstər
Back to top button