ArtsaxBaşlıca

Ğulyanın ATƏT PA-ya məktubu: Beynəlxalq vasitəçilər, eləcə də Bakı yeni seçilmiş Artsax hökuməti ilə birbaşa əlaqə saxladılar

Artsax Respublikası parlamentinin sədri Aşot Ğulyan qlobal atəşkəs çağırışına və bununla bağlı ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli və PA Büro üzvlərinə Artsax Respublikasında  ümumdövlət  seçkiləri barədə  bəyanatlara bəyanatlara cavab olaraq məktub göndərib.    Məktubda, xüsusən deyilir:

“Zati-aliləri,

Hörmətli  həmkarlar!

Artsax Respublikasının parlamenti adından, ATƏT Parlament Assambleyası rəhbərliyinin BMT Baş katibinin qlobal atəşkəsə çağırışına verdiyi dəstəyi alqışlayıram. ATƏT PA prezidentinin bütün tərəflərə BMT-nin atəşkəs çağırışına əməl etməsi tələbi də təqdirəlayiqdir.

Bu, vacib, zəruri və bənzərsiz bir təşəbbüs idi, onun həyata keçirilməsi beynəlxalq birliyin bəşəriyyət üçün bu qlobal təhlükəni aradan qaldırmaq naminə  kollektiv səylərinə böyük töhfədir.

Əminik ki, yeni koronavirus epidemiyası ilə mübarizədə böhran yaşanan zamanlarda köhnə stereotiplərdən və keçmiş mirasın bölücü xətlərindən qurtulmaq lazımdır. Bu qlobal yoluxma nəticəsində yaranan  bu qlobal  sınaq testinə biz yalnız birgə səylər vasitəsiylə üstün gələ bilərik.

Martın 24-də Azərbaycan-Qarabağ münaqişəsi zonasında atəşkəsə ciddi əməl etmək öhdəliyini bir daha təsdiqləyən Artsax Respublikası, BMT Baş katibinin çağırışına dərhal cavab verdi. Bu günlərdə ümumyoluxma səbəbiylə  yaranmış  vəziyyət  xüsusi siyasi  gündəminə xidmət etməkçün istənilən cəhd  beynəlxalq ictimaiyyət üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər ki, bu da qətiyyətlə  məhkumedicidir.

Bu  kontekstdə ATƏT PA Bürosu üzvlərinin Artsaxdakı son seçkilərlə bağlı müşahidələri dərindən  məyusedicidir. Üstəlik, bu müşahidələr ATƏT Minsk qrupu həmsədrlərinin mövqeyi və qiymətləndirmələrindən köklü şəkildə fərqlənir. 2020-ci il martın 31-də olan   bəyanatında “Dağlıq Qarabağ xalqının gələcəyini təyin etmək işində  rolunu tanıdılar”.

 Bu cür müşahidələr, eyni zamanda, ATƏT PA rəhbərliyinin ATƏT Minsk Qrupu həmsədrlərinin Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərini tam dəstəklədikləri barədə dəfələrlə verdiyi bəyanatlara ziddir.

Hörmətli ATƏT PA Bürosunun üzvləri,

Seçkilər Artsax Respublikası üçün yenilik deyil və 1991-ci ildə müstəqillik qazandıqdan bəri ölkənin siyasi həyatının ayrılmaz hissəsi olmuşdur. Hətta ATƏT / DTİHB Şurasının ilk əlavə iclasından sonra, 1992-ci il Helsinki Qərarında da açıq şəkildə bildirilir ki, Dağlıq Qarabağın seçilmiş nümayəndələri danışıqlar tərəfdarıdır.

Beynəlxalq vasitəçilər, eləcə də Bakı, seçkilər yolu ilə formalaşan Artsax hakimiyyəti ilə birbaşa əlaqə saxladılar. 1994-cü ilin mayında atəşkəsin qorunması üçün yol açan Bişkek Protokolunu hər üç tərəfin seçilmiş nümayəndələri, Artsax, Ermənistan və Azərbaycan parlamentlərinin rəhbərləri imzalamışdır..

Fürsətdən istifadə edərək, Sizə bildirmək istəyirəm ki, Artsax Respublikasında  ümumdövlət seçkilər beynəlxalq standartlara uyğun olaraq rəqabətli və azad şəraitdə keçirilmişdir.

Seçkilər zamanı koronavirusun yayılmasının qarşısını almaq üçün bütün zəruri profilaktik tədbirlər görülmüşdür. Nəticədə seçkilər seçicilərin fəal iştirakı ilə rəqabətli və azad şəraitdə keçdi.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 5 siyasi partiya parlamentə keçib. Prezidentliyə namizədlərdən heç biri lazımi sayda səs toplamadığından, Prezident seçkilərinin ikinci turu aprelin 14-də təyin edildi.

Onu da qeyd edək ki, 1991-ci ildə müstəqillik əldə etdikdən bəri Artsaxda bir sıra seçkilər və referendumlar,  sonsuz dərəcədə çətinliklə keçirilib o cümlədən Azərbaycan tərəfindən top və raket atəşləri altında.

Sizi inandırım ki, həm o günlərdə, həm də bu gün Artsax xalqı və hakimiyyəti azad, müstəqil və demokratik bir dövlət qurmaq üçün seçdikləri yola sadiq qalır və yol boyu hər cür maneə və çətinlikləri  sinə gərməyə etməyə hazırdır”.

Daha çox göstər
Back to top button