BaşlıcaTəhlil

Mnatsakanyan-Məmmədyarov video konfransının əhəmiyyəti

Aprelin 21-də video konfrans formatında Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakanyan, Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov, ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüş keçirildi. COVID-19 epidemiya vəziyyətində bir neçə amili nəzərə alaraq belə bir görüşə ehtiyac çox əsaslı idi.

Birincisi, son zamanlarda Azərbaycan bu fors-major vəziyyətdəki beynəlxalq ictimaiyyətin bölgədəki vəziyyəti gərginləşdirəcək addımlar atmamaq barədə çağırışlarına (məsələn, martın 19-da ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışı, martın 23-də  BMT baş katibinin qlobal atəşkəs rejimini qorumaq çağırışı) məhəl qoymadan təxribatlara əl atdı.  Xüsusilə, son aylarda Azərbaycan Ermənistan silahlı qüvvələrinə və hətta mülki şəxslərə atəş açmaqla atəşkəs rejimini pozaraq, hərbçilərə və hətta Voskan kəndindəki 15 yaşlı məktəbliyə xəsarət yetirərək təxribat törətməyə davam edir. Azərbaycan tərəfinin bu cür təxribatlarının son təzahürlərindən biri Artsax Müdafiə Ordusunun operativ əməliyyatları zamanı uğurla zədələnmiş Azərbaycanın ORBITER pilotsuz təyyarəsinin Artsaxın hava məkanına daxil olması idi. Mövcud vəziyyətdə belə bir görüş və iclas nəticəsində yayılan bəyanat vacib idi və bu cür təxribatçı hərəkətlərdən çəkinməyə çağırdı.

İkincisi, koronavirus pandemiyasının yayılması nəticəsində yaradılmış dünya vəziyyəti, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərə bilər. Azərbaycan tərəfi dəfələrlə təxribatlara əl ataraq ictimaiyyətin diqqətini ölkənin daxili sosial-iqtisadi problemlərindən yayındırmağa çalışmışdır. Buna görə də erməni tərəfi gələcəkdə Azərbaycanın bu kimi təxribatlarından sığortalanmayacaq və atəşkəs rejiminə ciddi riayət olunmasına yönəlmiş bu görüş Azərbaycan tərəfi üçün möhkəmliyə çağırış olmalıdır.

Üçüncüsü, bu fors-major vəziyyətində ATƏT-in monitorinq missiyasının müvəqqəti dayandırılması ilə  vəzəiyyət daha da çətinləşir ki, bu da Azərbaycan tərəfinin təxribatçı hərəkətlərə əl atmaqda özlərini daha sərbəst hiss etmələri riski yaradır.

Beləliklə, deyə bilərik ki, bu fors-major vəziyyətində Azərbaycanın təxribatçı hərəkətləri fonunda vəziyyəti müzakirə etmək, gərginliyi azaltmağa və vəziyyətin mümkün eskalasiyasının qarşısını almağa çalışmaq təbii idi.

Daha çox göstər
Back to top button