BaşlıcaSiyasət

Ukrayna Xİ nazirinin müavini səlahiyyətlilərdən “Erməni Soyqırımı” ifadəsini istifadə etməmələrini istədi

Ukraynalı deputat Darya Volodina özünün Facebook səhifəsində Ukrayna Xarici işlər nazirinin müavini Vasili Bodnarın Erməni Soyqırımının 105-ci ildönümü münasibətilə dövlət orqanlarına göndərdiyi məktubun bir şəklini yerləşdirdi.

Məktub onlara Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərdə iştirak etməməyi və “Erməni Soyqırımı” ifadəsini işlətməməyi tapşırıb.

“Növbəti cəfəngiyat. Hələ keçən il Xarici işlər nazirliyinin nümayəndələri ilə əlaqə qurduqdan sonra məlum oldu ki, bu nazirliyin bəzi işçiləri Ukraynanın olduğu kimi , eləcə də ölkəmizin bəzi vətəndaşlarının taleyinə  olduqca biganədirlər.

Ancaq orada işləyən bəzi insanların tamamilə  savadsızlığı az problem deyil.Budur bunun başqa bir sübut. Mən isə Ermənistanla dostluq qrupunun rəhbərinin müavini kimi bu barədə susa bilmərəm.

Məndə olan məlumata görə, Xarici işlər nazirliyi Poroşenkonun dövründə belə “xoşbəxtlik məktubları”  göndərirdi və necə ki, mən anlayıram nazir müavini bu ənənəni davam etdirmək qərarına gəlib.

Qətiyyən vacib deyil  ki, bizim ölkəmiz inqlab yaşayıb və orada hazırda böyük islahatlar gedir və bu məktubu göndərmə ərəfəsində  RF  rəhbərliyi ilə qalmaqalı olub.Biz “Kreml agentləri”  damğasını digər ölkələrə də aid etməkdə israrla davam edirik.

 Və indi düşünmürəm ki, bu diplomatın rəsmi sənədidir. Diplomat!. Hətta dilim də gəlmir ki, o adamı   kim ki, oxşar məktub yazıb  dilomat adlandırım.

 Əminəm ki, bu cür ifadələrin absurdluğunu başa düşən hər kəs mənimlə razılaşacaq və öz fikirlərini nazir müavininə bildirəcəkdir.

Və sizə xatırlatacağam ki, Erməni Soyqırımı ABŞ, İtaliya, Almaniya, Kanada, Hollandiya, Fransa, Çexiya, İsveç, İsveçrə, Yunanıstan, Portuqaliya və digərləri kimi ölkələr tərəfindən tanınıb. Strateji tərəfdaşlarımıza hörmətlə yanaşaraq, inanıram ki, ifrat vəziyyətdə bu cür məktublardan, xüsusən də Xarici işlər nazirliyinin məktublarından imtina etməliyik” – deyərək Volodina yazıb.

Qeyd edək ki, bundan əvvəl Volodina Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək üçün qanunvericilik təşəbbüsü ilə çıxış etmişdi. Ancaq təşəbbüs Ukraynanın Ali Radasından geri  çağrılıb.

Daha çox göstər
Back to top button