
Nağdalyan qeyd etdi ki, erməni tərəfləri üçün nizamlanmayla bağlı, hansı ki,heç bir məhdudiyyət olmadan Artsaxın öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini nəzərdə tutmayan və Artsax xalqının təhlükəsizliyinə təhlükə yarada biləcək hər hansısa variant qəbuledilməzdir.
2019-cu il aprelin 15-də Ermənistan, Azərbaycan və Rusiya Xarici işlər nazirləri Zohrab Mnatsakanyan, Elmar Məmmədyarov və Sergey Lavrovun Moskvadakı keçirilən görüşünün nəticələri, ER, RF və və Azərbaycanın Xarici işlər nazirləri və ATƏT Minsk Qrupu həmsədrlərinin birgə bəyanatında tərtib edilmişdir ki, orada danışıqlar çərçivəsi qeyd edilib və mərhələli nizamlanma ilə bağlı hər hansısa işarə əks olunmur.
ER Xarici işlər nazirliyinin katibi Anna Nağdalyan “Kommersant” qəzetinin: 2019-cu il aprelin 15-də olan iclasında Qarabağ tənzimlənməsinin mərhələli versiyasını təstiqləyən hansısa sənədlər imzalanıb sualını belə cavablandırdı.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Ermənistanın hazırkı mövqeyinə toxunan Nağdalyan qeyd edib ki, Ermənistan tərəfi heç bir məhdudiyyət olmadan Artsaxın öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini nəzərdə tutmayan heç bir həll variantını qəbul etmir hansı ki,Artsax xalqının həyatına təhlükə toxundura bilər.
“Ermənistan üçün 2018-ci ilə qədər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə mərhələli həlli ilə bağlı təkliflər qəbul edilməzdir. Üstəlik, Ermənistan 2018-ci ildən bəri mərhələli nizamlanmaya əsaslanacaq danışıqlar aparmayıb”- deyərək Nağdalyan qeyd edib.
Onunsözlərincə, Ermənistanın güzəştlərə və ədalətli öhdəliklərə əsaslanan balanslı yanaşmaları aydın görünür və bu, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini mümkün edəcəkdir. Bundan əvvəl, aprelin 21-də səhər Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qətnaməsinin icrasında ən vacib addım 2019-cu ilin aprelində Moskvada qəbul edilmiş sənədin imzalanmasıdır.
Söz o sənədlər haqqındadır hansı ki,ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Rusiya, Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin görüşü zamanı 2019-cu ilin aprelində Moskvada qəbul edilmişdir. Buna cavab olaraq ER Xarici İşlər Naziri Zohrab Mnatsakanyan, kompromislər yolu ilə sülh yolu ilə nizamlanmanın mümkün olduğunu bildirdi. Güzəştlər olmayıb və olmayacaq da.