Nikol Paşinyanın 24 aprel mesajı: “Yaxın vaxtlarda belə bir konsepsiya və strategiya layihəsini təqdim edəcəyəm”

ER Baş naziri Nikol Paşinyan xanımı Anna Hakobyan ilə Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Tsitsernakaberd Xatirə kompleksinə ziyarət edib.Bu il onlar tənha idilər.Hətta müşaiyyətedicilər belə yox idi.

Məhz Xatirə Kompleksi yanından Baş nazir mesajla çıxış etdi.Orada qismən deyilir:

“Sevimli xalqım, Ermənistan Respublikasının qürurlu vətəndaşları,
Artsax Respublikasının qürurlu vətəndaşları,
Spyurkun qürurlu erməniləri,
Bu gün 2020-ci il aprelin 24, Erməni Soyqırımının 105-ci ildönümüdür. Uzun illər boyu Osmanlı Türkiyəsinin anti-erməni siyasətçiliyi Gənc türklərin hökuməti günlərində 1915-ci ildə artıq zirvəyə çatdı.
İllərlə davam edən və dövlət siyasətçiliyi ilə həyata keçirilən Soyqırım nəticəsində Qərbi Ermənistan tamamilə ermənilər tərəfindən boşaldılmış, 1,5 milyon soydaşımız qətlə yetirilmiş, yüz minlərlə erməni qaçqın düşmüş, öz tarixi vətənində yaşamaq hüququndan məhrum edilmişdir.
Erməni Soyqırımı nəticəsində erməni xalqı nəinki yalnız əzəmətli insan itkisi verdi, həm də doğma yurd-yuvalarından məhrum edilərək eyni zamnda qətlə yetirildi, həm də, və mədəniyyət qırğınına məruz qaldı.
Xalqımızın mənəvi və dini irsinin itkisi geridönməz idi, maddi ziyanı əzəmətli idi.Osmanlı imperiyası hakimiyyətləri tərəfindən icra edilən Soyqırımı təkcə xalqımızın şəxsiyyətinə qarşı deyil, bütün bəşəriyyətə sivilizasiyasına qarşı istiqamətlənmiş bir cinayət idi. 1915-ci il aprelin 24-ü bütün prosessin ən güclü rəmzinə çevrildi.Həmin gün yüzlərlə erməni ziyalıları dini və siyasi xadimlər gənc türkləri hakimiyyətinin fərmanıyla həbs olundu, deportasiya edildi və yaxud naməlum itdi.
Artıq 55 ildir ki, aprelin 24-də Erməni Soyqırımı qurbanlarının xatirəsini Yad edirik. İlk dəfə 1965-ci ildə, minlərlə ermənlər həmin gün Yerevanda kütləvi anım tədbiri keçirmək imkanı verildi.
Bu, təkcə SSRİ-nin səmimiyyət dövrü ilə deyil, həm də 1946-1949-cu illərdə əsasən Erməni Soyqırımı qurbanlarının nəslindən olan 100 minə yaxın erməninin Ermənistana qayıtması və Sovet Ermənistanının tam hüquqlu bir hissəsi olması ilə əlaqədar idi..
Sovet Ermənistanının hakimiyyəti aprelin 24-nü Erməni Soyqırımının Anma Günü elan etmək və Tsitsernakaberddə Soyqırım qurbanlarının xatirəsini anmaqçün Xatirə Kompleksini inşa etmək qərarını qəbul etdi. Bu möhtəşəm abidə indi xalqımızın əbədiyyatının ən dilbər simvollarından birinə çevrilmişdir.
Eyni zamanda, Spyurk düşərgələrində həmin dövrdə Erməni Soyqırımının tanınması üçün bir hərəkata başlandı. Bu hərəkat on illər boyu Spyurkun siyasi və ictimai quruluşları tərəfindən fədakarlıqla idarə olunurdu və indi də davam olunmaqdadır.. Ardıcıl və yorulmaz addımlar sayəsində bir çox ölkələrdə uğurlu olmuşdur.
Bu gün dünyanın 30 ölkəsi Erməni Soyqırımını rəsmi olaraq tanıdı və erməni xalqı ilə həmrəyliyini ifadə edən, Erməni Soyqırımını tanıyan və məhkum edən bütün dövlətlərə, beynəlxalq təşkilatlara, dini və dünyəvi liderlərə minnətdarıq edirik..
Sevimli həmvətənlər, bu gün dünyanın hər yerində xalqımızın övladları Erməni Soyqırımının günahsız qurbanlarının xatirəsini yad edirlər.
Nədən bir əsr sonra duyğularımız sönmür və yaddaş çırağı qəlbimizdə daha yanar və daha işıqlıdır?.Cavab sadədir. Bir əsrdən çox vaxt keçsə də, soyqırımın nəticələri qəlbimizi tərk etmir.
Bu günə qədər Türkiyə hadisəyə görə peşman olduğunu bildirməyib və üzr istəməyib. Səbəbi də bu gün xatırladığımızı və tələb etdiyimizi bəyan edirik.
Eyni zamanda, Erməni Soyqırımının tanınmasını nəinki milli, həm də qlobal gündəmdəki bir məsələ olaraq qəbul edirik, çünki aprelin 24-ü günahsız qurbanlarımız üçün təkcə tüstü günü deyil.
Bu gün soyqırım və soyqırım aktları haqqında bir daha danışmaq, qürur və inkarla mübarizəyə çağırış etmək bir gündür, eyni zamanda bəşəriyyətə qarşı ən ağır cinayətdir.
Dövlətlərin bəşəriyyəti soyqırımdan və bəşəriyyətə qarşı digər ağır cinayətlərdən qorumaq məsuliyyətini təsdiqləyən bir gündür.
Bütün hallarda aprelin 24-ü millətimizin, insanların keçmişi və gələcəyi haqqında düşünmələri üçün ən vacib fürsətdir. Özünü tanımaq, güclü tərəflərimizi və nə edəcəyimizi qiymətləndirmək üçün ən yaxşı vaxtdır.
Aprelin 24-dən hansı nəticəyə gəlmək lazımdır? Birincisi, 1915-ci ildə Gənc türk hökuməti tərəfindən erməni xalqına verilən ölüm hökmü, hökmün icrası üçün bütün səylər göstərildi və 1,5 milyon ermənilər edam və qətlə yetirildi.
Bununla belə, erməni xalqı edam edilmədi. 1.5 milyon müqəddəsləşmiş ulularımız yaşamaq, yaratmaq, gücləndirmək, xatırlamaq və tələb etmək istəyimizi daha da gücləndirdi. Erməni xalqı ölümə üstün gəldi.
İkinci və eyni dərəcədə vacib bir nəticə aşağıdakılardır. Ötən əsrin əvvəllərində xalqımızın qarşısında duran mübarizələr bu gün də mövcuddur və bu çətinliklərdən qaçmağın və təsirli şəkildə müqavimət göstərməyin yeganə təsirli yolu və vasitəsi güclü bir dövlətçilik, güclü bir dövlət, qarşı-qarşıya gəlməyə hazır olan elə bir əzəmətli Ermənistandır hansı ki, təhlükəsizliyin bütün təhdidlərinə sinə gərməyə hazırdır.
Bəli, bölgədə qarşılıqlı hörmət əsasında, danışıqlar yolu ilə və sülh yolu ilə davamlı bir sülhün bərqərar olması üçün səylərimizi əsirgəməməliyik. Ancaq buna nail olmaq üçün yalnız bir yol var.Oxşar nəticəyə çatmaqçün real imkan yalnız öz-özünü müdafiə etmək, ləyaqətli və süvenir dövlət yaratmaqdır.
Bəli, müttəfiqlərimizlə münasibətlərimizi dərinləşdirmək, onları daha institusional və etibarlı etmək, dünyada dostlarımızın sayını artırmaq üçün səylərimizi əsirgəməməliyik, bunda ancaq bacarıqlı, ləyaqətli və suveren bir dövlət özünü müdafiə edə bilər.
Özünü müdafiə edə bilən, ləyaqətli və suveren bir dövlətə sahib olmaq üçün bütün müasir standartlara cavab verən bir təhsil sisteminə, dinamik inkişaf edən yüksək texnoloji iqtisadiyyata, yaxşı qurulmuş hərbi-sənaye kompleksinə, güclü bir orduya və xüsusi xidmətə ehtiyacımız var .
Belə bir nəticə əldə etmək üçün ermənilərin bütün potensialını birləşdirmək lazımdır.
Ümumerməni dövlətçiliyi ətrafında birləşməklə bunu yalnız dövlətçiliyimizin, elmi, diplomatik, iqtisadi tərəqqimizin stimullaşdırıcı və təminatçısı olacaq birləşmə yolu ilə etmək mümkündür.
Bu praktik problemi həll etmək üçün milli dəyərlərimiz, milli hədəflərimiz və milli strategiyamızla ümummilli bir razılaşma meydana gətirəcək, mənliyimizi qorumaq, inkişaf etdirmək, müasir dünya və xüsusilə sabahkı aləmə doğru həyati əhəmiyyətli himayələr yaradəlacaq. Dünyanı daha canlı və rəqabətli etmək üçün zəmanətlər yaradacaqdır. Yaxın vaxtlarda belə bir konsepsiya və strategiya layihəsini panaramalı bir müzakirə üçün təqdim edəcəyəm.
Hörmətli həmvətənlər, bu il aprelin 24-nü müstəsna hallarda qeyd edirik. Koronavirusun yeni növü hamımızı inanılmaz vəziyyətə saldı. Elə bir vəziyyətə haçan ki, 55 il ardıcıllıqla keçirilən aprelin 24-ü yürüşü 100 minlərlə vətəndaşların iştirakıyla bu keçirilməz oldu. Çünki, ümumyoluxucu gərgin vəziyyəti pisləşməməsiçün məcburi və qaçılmaz bir şərtdir
Əvvəlan hökumətin bu qərarını başa düşdükləri üçün bütün soydaşlarımıza təşəkkür etmək istərdim. Qeyd etmək lazımdır ki, Spyurkdakı soydaşlarımız həmçinin oxşar vəziyyətdədirlər, onlar da koronavirus epidemiyası səbəbindən dünyanın müxtəlif ölkələrində baş tutmuş minlərlə yürüş və anım tədbirlərini həyata keçirə bilməyəcəklər.
Lakin bu böhranlı vəziyyətdə 24 aprel hadisələrinə daha da geniş yer ayırmaq üçün bir fürsət tapmağa çalışdıq. Bu il dünyanın bir çox yerindən milyonlarla insanın 24 aprel yürüşündə iştirak etmək imkanı olacaq, çünki bu il yürüş virtual məkanda baş tutacaqdır.
Yürüşdə iştirak etmək üçün evdə qalın və Ermənistandasınızsa, ad və soyadınızı 1915 qısa nömrəsinə və xaricdə olsanız +374 33 19 1500 qısa nömrəsinə göndərin.busa o deməkdir ki, bu gün axşamdan səhər çağına kimi sizin adlarınız Tsitsernakaberdin sütunları üzərində həkk olunacaq. Virtual yürüş axşam saat 10-da başlayacaq və səhərə qədər davam edəcək. Minlərlə xarici dostunuz və tanışlarınızın iştirak etmək imkanı var.
Əziz həmvətənlər, aprelin 24-ü uzun illərdir milli birliyimizin birləşməsi və nizam-intizamının simvolu olmuşdur və bu gün bu simvol daha güclü, daha görünən olmalıdır və əminəm ki, belə də olacaqdır.
Yaşasın azadlıq, yaşasın Ermənistan Respublikası, yaşasın Artsax Respublikası, yaşasın Spurk və azad və xoşbəxt bir Ermənistanda yaşayan və yaşayacaq övladlarımız yaşasın.
Biz xatırlayır və tələb edirik”.
