BaşlıcaTəhlil

Afeyan: “Peyvəndlərin bütün ölkələrə çatmasını təmin etmək üçün çalışırıq”

“Aurora” Humanitar Təşəbbüsünün həmtəsisçisi və “Moderna Terapevtika”sının qurucusu Nubar Afeyan faktlaşdırır ki, koronavirus epidemiyası beynəlxalq həll tələb edən beynəlxalq bir böhran yaradıb.Bu haqda Afeyan “Aurora” Humanitar Təşəbbüsünün Erməni Soyqırımını “Anma Günü” münasibətilə onlayn müzakirəsi zamanı və onun rəhbərlik etdiyi şirkətin peyvəndin inkişafı ilə bağlı sualı cavablandırarkən  qeyd edib.

“Peyvəndin hazırlanması və sınanması bir şeydir,  di gəlki Ermənistan kimi bir ölkə bu böhran qarşısında nə qədər müddətdə bu peyvənddən istifadə edə biləcək?”-deyərək  Moderator soruşdu.

Afeyan öncə dünyayla bir  on minlərlə alimin peyvəndin hazırlanmasında iştirak etdiyini və bəlkə də hazırda bir başa  xəstələri müalicə edə bilməyəcəklərini, bununla belə gələcək xəstələr üçün olduğunu söylədi. O qeyd etdi ki, mövcud vəziyyət bizim dövrümüzdə hansısa ölçüylə gözlənilməz idi , heç olmasa, son  yüz illikdə miqyas baxımından bir qədər  gözlənilməz idi.

“Biz daha çox inkişaf etmiş texnologiya ilə özümüzü qorumalıyıq. İzolyasiya ilk addımdır, amma əlbəttə ki, bütün dünya çalışır və bir peyvənd və dərman hazırlanacağına ümid edir. Və biz də çalışan şirkətlərdən biriyik. Bu sahədə bir çox qeyri-müəyyənlik var. Ermənistan kimi ölkələrə gəlincə, deməliyəm ki, hazırda görülən bu səylər bütün dünyaya kömək etmək üçün hazırlanmışdır.

Biz millətçiliyin daha böyük töhfə aldığı bir dövrdə yaşayırıq. Maraqlarını dünyanın digərlərindən daha çox müdafiə etməyə meylli olan ölkələr var, amma sonda əminəm ki, dünya əhalisi hamı üçün əlçatan olan həllər təqdim edəcəkdir”-deyərək  Afeyan qeyd etdi.

Onun qənaətincə,bu böhran bizə ötən əsrdə qurulmuş, lakin indi zəifləyən kimi görünən qlobal qurumlara ehtiyacımızı xatırladacaqdır. Afeyan qeyd etdi ki, bu, ÜTT və digər strukturlar kimi beynəlxalq strukturların məsuliyyəti olacaq.

“Biz, hər kəs kimi, peyvəndlərin bütün ölkələrə çatmasını təmin etmək üçün birlikdə çalışırıq. Əlbətdə ki, Ermənistan və ermənilər həmçinin onun alıcısı olacaqlar. Bu beynəlxalq böhrandır, buna görə beynəlxalq həllər lazımdır”-  deyərək o, qeyd edib.

Hal-hazırda dünyada koronavirus üçün sınaqdan keçirilmiş bir peyvənd yoxdur. Afeyan tərəfindən yaradılan “Moderna Therapeutics” biotexnologiya şirkəti hazırda koronavirusa qarşı peyvənd hazırlamaq üçün klinik sınaqlar keçirir. Afeyan, koronavirus peyvəndi testinin yazda təsirli olacağına ümid etdiyini bildirdi. Peyvənd martın 17-dən etibarən klinik sınaqlardan keçirilir.

Yeni koronavirus COVID-2019-un alovlanması olması, Çinin ən sıx məskunlaşdığı şəhəri 12 milyon olan Uhanada 2019-cu il dekabr ayının sonlarında qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya olaraq xarakterizə etdi. Dünyanın bir çox ölkəsində o genişliklə  yayılmışdır.

Daha çox göstər
Back to top button