Başlıcaİctimaiyyət

Azərbaycan hakimiyyəti pandemiya ilə pərdələnərək ifadə azadlığını boğmağa son qoymalıdır: RATİ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətini tənqidçilərə qarşı genişmiqyaslı repressiyalara başlamaqda və yeni koronavirusun pandemiyası nəticəsində yaranan problemlərin kəskinləşməsi fonunda ifadə azadlığını məhdudlaşdırmaqda qınayır.

Turan agentliyinə əsasən, RATİ-nin 27 aprel tarixli bəyanatında deyilir ki, hüquq  müdafiəçilərinin, jurnalistlərin və ictimai-siyasi fəalların, həmçinin sadə vətəndaşların uydurma cinayət məsuliyyətinə və inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan prezidentinin bütün müxalif fikirliləri düşmən kimi tanıması və məcburi təcrid olunmasının vacibliyi ilə bağlı son çağırışlarının nəticəsidir.

RATİ eyni zamanda beynəlxalq təşkilatları öz səlahiyyətləri çərçivəsində Azərbaycan hakimiyyətinin qanunsuz hərəkətlərini pisləməyə və onlardan ölkənin ifadə azadlıqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərinə ciddi əməl etməyi və hətta yeni koronavirus epidemiyasının yayılması təhlükəsi zamanı onların məhdudlaşdırılmasına imkan verməməyi tələb etməyə çağırır.

Daha çox göstər
Back to top button