BaşlıcaEkonomika

Azərbaycan iqtisadiyyatı gündə 70 milyon dollar itirir

Azərbaycan iqtisadiyyatının gündəlik itkiləri 120-150 milyon manata (70-90 milyon ABŞ dollara) çatır, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində bidirib. Verilən fasilə nəticəsində böyük müəssisələr belə problemlərlə üzləşə bilər, deyə o qeyd edib.

Aprelin 27-dən etibarən Azərbaycanda karantin rejiminin qismən yumşaldılmasına başlanacaq. Amma koronavirus təhlükəsi hələ uzun müddət vəziyyətə təsir edəcək, deyə Cabbarov bildirib.

O, təkrarən karantin rejiminin tətbiqinin sahibkarların külli miqdarda maddi zərərə məruz qalması və ya müflisləşmə ilə nəticələnə biləcəyini istisna etməyib.

Daha çox göstər
Back to top button