BaşlıcaSiyasət

Hərbi ekspert: Azərbaycanın hücum ehtimalı azdır

Hərbi ekspert Mher Hakobyan, neftin qiymətinin düşməsi ilə əlaqədar Azərbaycanda yaranan  pis iqtisadi vəziyyətin sərhəddə geniş miqyaslı müharibəyə səbəb ola biləcəyini düşünmür.

“Məncə, koronavirusun hazırkı vəziyyəti  özünün sosial-iqtisadi dağıdıcı tərkibləriylə hələ müharibə ehtimalının artmasına səbəb olmamışdır.Yəni,  elə bir  vəziyyət yaranacaq, bir dövlət ya itirməli heç nə olmadığı üçün hücum edəcək, ya tapacaq,  yəni digər  dövlət o qədər zəifləyb ki, müqavimət göstərə bilməyəcək…Hazırda Azərbaycanın ən aşağı neft qiymətləri ehtimalı daha da  cüziləşdirir, neft şirkətinin büdcəyə təxminən 7 milyard dollar verdiyi barədə son məlumatlarar var.

 Başqa sözlə, hazırda büdcənin xərc hissəsini təmin etmək problemi var. Hazırda onlar avtoritar ölkədir. Orada koronavirusun vəziyyəti necə təsvir  olunduğunu və insanların narazılığının hara çatdığını bilmirik. “Odur ki,Azərbaycana hücum ehtimalı azdır” – deyə hərbi ekspert  “Birinci  informasiya” ilə söhbətində qeyd edib.

Mher Hakobyanın sözlərinə görə, Ermənistan iqtisadiyyatı hazırda hücum ehtimalını artırmaq gücündə deyil. “Bizim kimi ölkələrdə iqtisadi proseslər 6-7 ay  sonra görünür, bu anda, əslində 2019-cu ilin sonunun iqtisadi nəticələrindən  həzz alırıq ki, onlar da parlaq olmasa da  pis də deyil.

Azərbaycan amilindəsə nə qədər ki, onlar  iqtisadiyyatı neft üzərində dayaqlanıb nəticələr baxımından daha tez  hiss edilir. “Bizim ölkəmizdəsə bu kimi azalmalar sonradan hiss olunur”-deyərək ekspert bildirib.

Mher Hakobyan müharibə təhlükəsini əvvəlcədən koronavirus vəziyyətinin proqnozlaşdırıldığı qədər proqnozlaşdırır. “Ancaq mən həmişə demişəm və yenə də deyirəm ki, daima, hər şeyə hazır olmalısınız. Sadəcə, düşünürəm ki, yaxın gələcəkdə hər halda genişmiqyaslı müharibə olmayacaq”-deyərək Hakobyan, sonra əlavə etdi Azərbaycan tərəfindən hər zaman təxribatlar və  xırda-xuruş “dişləmələr” olmuş və yenə də olacaqdır. Buna görə də hər şeyə hazır olmalıyıq.

Hakobyan, sərhədin standart, normal bir vəziyyət olduğunu qeyd edir. Mənim dəyərləndirməmlə, Azərbaycan gücünün zirvəsinə çatdı və hazırda ehtiyatla eniş edir. Bu, əlbəttə ki, bizim maraqlarımıza uyğundur. 2015-ci ildə Azərbaycan gücünün zirvəsində idi, buna görə də hər zaman deyirdik ya bir müharibə indi olmalıdır və ya olmamalıdır. Və bununla belə  2016-cı ildə baş verdi. İndi onlar aşağıenirlər.

Hakimiyyət dəyişikliyi məsələsi var, Əliyevin  səhhətində problem var və s. Məncə, bütün bu məsələlər müharibə ehtimalını istər-istəməz azaldır”-deyərək həmsöhbətimiz qeyd etdi.

Heç kimə sirr deyil ki, Azərbaycan daxili şikayətləri aradan qaldırmaq və ictimaiyyətin diqqətini vacib məsələlərə yönəltmək üçün həmişə Artsaxdan və sərhəddən istifadə edib. Mher Hakobyan hesab edir ki, bu siyasi elm hiyləsindən çox diqqətlə həssaslıqla istifadə etmək lazımdır.

“Azərbaycan son 20 ildə erməni düşməninin obrazını yaratmaqdadır. Xarici düşmən obrazını yaratmaq həyata keçirməkdən daha güclü bir təhdiddir. Siz sonsuz xarici düşmən obrazını yaratmaqla və bununla da konkret hədəfinizə nail ola bilərsiniz. O məhrumiyyətləri ki, siz daşıyırsınız, biz onu Qarabağ naminə edirik.

Lakin hərəkətə keçmək qərarına gəlsəniz bir çox sual yaranacaq. Belə ola bilər ki, daxili narazılıq partlayış forması alsın.Azərbaycan kimi avtoritar ölkələr yalan və təhrif üzərində qurulur.Yalan və  təhrif müharibə  vəziyyətlərində avtoritar dövlətlərin ən böyük düşmənidir.

Ekspert ictimaiyyəti  təşvişə düşməməyə səsləyib, çünki müharibə ehtimalı olduqca azdır, amma aprel müharibəsi göstərdi ki, biz hər cür vəziyyətə həmişə hazır olmalıyıq.

Daha çox göstər
Back to top button