
“Orbeli” Analitik mərkəzinin mütəxəssisi Taron Hovhannisyan “Sputnik Armeniya”nın efirində Artsax Müdafiə Ordusunun Azərbaycan silahlı qüvvələrinin təmas xəttində fəallaşması ilə bağlı yaydığı məlumatlar barədə danışdı.
Aprelin 19-dan 25-ə kimi olan müddətdə rəqib tərəf Artsax və Azərbaycan silahlı qüvvələri arasındakı təmas xəttindəki erməni mövqelərinə müxtəlif çaplı atıcı silah növlərindən 3500-ə yaxın atəş açmışdır.
Bu məlumat Artsax Müdafiə Ordusunun mətbuat xidməti tərəfindən yayımlanıb. “Orbeli” Analitik mərkəzinin mütəxəssisi Taron Hovhannisyanın sözlərincə, son günlər ER Xarici işlər nazirinin çıxışı ilə bağlı azərbaycanlıların informasiya sahəsində bəzi çaxnaşmaları hiss olunmaqdadır..
Ondan sonra hətta,haçan ki, həmin ölkə Milli Məclisinin bəzi üzvləri Azərbaycan Xarici işlər nazirliyini və Xarici işlər nazirini şəxsən öz sözləri ilə desək, passiv, dişsiz siyasətinə görə tənqid etməyə başladılar Azərbaycanda bəzi daxili diplomatiya böhranı yaşanıldı.
“Buna parallel olaraq deputatlar Azərbaycan prezidenti administrasiyasının müvafiq qolu nümayəndəsi, XİN keçmiş mətbuat katibi,kim ki, Artsax münaqişəsi ilə əlaqəli məsələlərə cavabdeh olan Hacıyevi tərifləməyə başladılar.Belə ki, sərhəddəki aktivləşmənin həmin hadisələrlə əlaqəli ola biləcəyi istisna edilmir”-deyərək ekspert qeyd edib.
Taron Hovhannisyanın qənaətincə, Azərbaycanın siyasəti və ya strategiyası eynidir. Beynəlxalq təşkilatların, həmsədrlərin və BMT Baş katibinin atəşkəs rejimini qorumaq çağırışlarına baxmayaraq, Azərbaycan tərəfi sərhəddə gərgin vəziyyət yaratmağı davam etməkdədir. Məlumata görə, son bir neçə günlərdə konkret baş verən pozuntular, xüsusən də Azərbaycan hava qüvvələrinin, daha dəqiq desək xüsusən dronların aktiv istifadəsi ilə şərtlənibdir. “ORBITER-3” növlü orta kəşfiyyat dronlarından biri Müdafiə Ordusunun hava əleyhinə qüvvələri tərəfindən vuruldu.
Bundan iki gün öncə Azərbaycanda hərbi təlimlər haqqında bir video nümayiş etdirilərkən həmin aparatlardan necə istifadə olunması təsvir olunurdu.
Ümumiyyətlə kəşfiyyat dronları o qədər də asan vurulmur.Onların vurulması hətta, hava hücumundan müdafiə sistemləri inkişaf etmiş ölkələr üçün də olduqca çətindir”—deyərək ekspert qeyd edib.
Hovhannisyanın sözlərinə görə, Azərbaycanın dronlardan aktiv istifadə etmədiyi açıq-aydın şəkildə görünür, çünki Artsaxın hava hücumundan müdafiə sistemi bu təhlükəyə uyğunlaşmışdır, çünki mümkün qədər bu təhlükəni zərərsizləşdirməyə qadirdir.
Hovhannisyanın sözlərinə görə, son hadisədən sonra belə, Azərbaycan tərəfi öz siyasətini yenidən hesablayacaq, ancaq pilotsuz hava vasitələrinə dəyən ziyan, bu cihazların kəşfiyyat məqsədləri üçün istifadəsi nəticəsində yalnız maddi və maliyyə və qeyri-insani itkilər verdiklərinə baxmayaraq həmin aparatların kəşfiyyat məqsədiylə gələcəkdə də iatifadə olunması istisna olunmur.