BaşlıcaSiyasət

Almaniya Xarici işlər nazirliyi Bakını AİHM-in bütün qərarlarına əməl etməyə çağırır

Turan.a-ın verdiyi məlumata görə  Azərbaycanlı müxalifətçi siyasətçisi İlqar Məmmədova bəraət verildikdən və onun barəsində əvvəlki hökmün ləğvindən sonra Almaniya XİN insan hüquqları üzrə müvəkkil Berbel Kofler aprelin 27-də  bəyanat verib.

Almaniyanın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində dərc olunan sənədin mətnində deyilir:

“Azərbaycan Ali Məhkəməsinin ReAL Partiyasının sədri İlqar Məmmədovun ədalətsiz məhkumluğunu ləğv etməsi və onun hüquqlarının tam bərpası barədə 24 aprel tarixli qərarı çoxdan gözlənilirdi.

Ümid edirəm ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurası Nazirlər Komitəsi ilə əməkdaşlığının ilk addımından sonra Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün gələcək mühüm addımlar atılacaqdır”.

Daha çox göstər
Back to top button