BaşlıcaEkonomika

Azərbaycan iqtisadiyyatı koronavirus səbəbiylə böyük itkilər daşıyır

Koronairusla əlaqədar yaranan vəziyyətə görə Azərbaycan iqtisadiyyatı gündə 120 milyondan 150 milyon manata (70 milyondan 90 milyon ABŞ dollarına) qədər itirir. Turan.az xəbər verir ki, bu haqda iqtisadiyyat naziri Mikayıl Cabarov bildirib.

Cabarovun sözlərinə görə, aprelin 27-dən bəri Azərbaycan karantin rejimini yumşaltsa da, koronavirus təhlükəsi vəziyyətə uzun müddət təsir edəcəkdir.

Nazir, hökumətin yenidən sərt tədbirlərə əl atması halında iş adamlarının itkiləri də daxil olmaqla itkilərinin həcminin artacağını istisna etməyib.

Daha çox göstər
Back to top button