BaşlıcaSiyasət

ER Baş naziri koronavirus şəraitində normal yaşamağı öyrənməyə çağırdı

ER Baş naziri Nikol Paşinyan, koronavirus şəraitində normal yaşamağı öyrənməyə çağırdı.  Bunu Baş nazir öz Facebook səhifəsində canlı yayımda bildirib ki, koronavirus böhranı uzun müddət davam edə bilər.

“İndi kim deyə bilər ki, bu fövqəladə vəziyyət nə qədər davam edə bilər? Hesablamalarımız göstərir ki, gələn ilin martına qədər bu koronavirus böhranında olacağıq. Hər kəs, gələn ilin mart ayına qədər koronavirusun olmasına hazır olun. Biz koronavirus şəraitində normal  yaşamağı öyrənməsək, kommunal xidmətlər ödəməsək, kolapsda olacağıq”- deyə Paşinyan qeyd edib.

ER Baş naziri qeyd edib ki, addım-addım normal həyata qayıtmalıyıq.

Bundan başqa Nikol Paşinyan vurğuladı ki, yaxın 10 gündə məhdudiyyətlər azaldılacaq.

Aprelin 14-də keçirilən xüsusi iclasda Ermənistan hökuməti  2020-ci il martın 16-da elan edilmiş fövqəladə vəziyyət rejimini 2020-ci il aprelin 14-dən saat 17.00-dən 2020-ci il mayın 14-dək saat 17-dək uzatma qərarı qəbul etdi. Ölkədə sərt məhdudiyyət rejimi mövcuddur.

Daha çox göstər
Back to top button