Başlıcaİctimaiyyət
Ermənistanda daha 59 nəfərdə koronavirus aşkarlanıb

Aprelin 28-nə olan məlumata görə, Ermənistanda daha 59 nəfər koronavirusa yolxub.
Bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi bildirib.
Məlumata əsasən, hazırda Ermənistanda koronavirusa yoluxanların sayı 1867-ə çatıb, 886 sağalıb. 30 ölüm hadisəsi qeydə alınıb.