BaşlıcaBeynəlxalq

Azərbaycan pandemiya bəhanəsi ilə repressiyalar həyata keçirir: Amnesty International

Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin hökumətləri koronavirus pandemiyasına insan hüquqları sahəsində öhdəliklərinə zidd olan zorakılıqla reaksiya verir. Bu barədə Amnesty International-ın aprelin 28-də dərc etdiyi məruzədə bildirilir.

“Regionda COVİD-19 pandemiyası yayıldıqca, bir çox hökumətlər ictimai sağlamlığın müdafiəsindən daha çox fərqli düşüncənin məhv edilməsində maraqlıdırlar”, deyə Amnesty International-ın Mərkəzi Asiya üzrə nümayəndəsi Heza Makgill bildirib.

Məruzədə təkcə sıravi vətəndaşların deyil, məlumatın yayılmasına yol verməmək üçün jurnalistlərin və hüquq müdafiəçilərinin də hüquqların pozulması faktları əksini tapır.

“Azərbaycan və Rusiya hökumətləri hakimiyyətin pandemiyaya qarşı mübarizə tədbirlərinin görülməsində yol verdiyi səvhləri göstərən sosial şəbəkə istiadəçilərini, jurnalistləri və tibb işçilərini məsuliyyətə cəlb edib.

Azərbaycanda hakimiyyət COVİD-19 pandemiyasından müxalifəti məhv etmək üçün bəhanə kimi istifadə edib. Martın 19-da prezident İlham Əliyev pandemiya dövründə “yeni qaydalar”, o cümlədən müxalifətin “təcrid olunması ” və “təmizlənməsi” zərurətini elan edib. Bundan sonra müxalifət fəalı Tofiq Yaqublu saxta xuliqanlıq ittihamı ilə saxlanılıb, hüquq müdafiəçisi Elçin Məmməd isə oğurluq ittihamı ilə saxlanılıb”- deyə məruzədə qeyd edilir.

Daha çox göstər
Back to top button