BaşlıcaMədəniyyət

“Dağ Türkiyə ərazisində olsa da, yenə də ermənilərin qəlbində qalır”: ABŞ Dövlət Departamenti jurnalında Ermənistan barədə məqalə Ararat şəkliylə dərc olunub

ABŞ Dövlət Departamentinin aylıq jurnalının aprel sayında Ermənistanla bağlı geniş məqalə təqdim olunub.

Diqqətəlayiqdir ki, məqalənin əsas şəklində Ararat dağı və onun fonunda Xor Virap monastırı təsvir edilmişdir. Amerikadaki  Hay Dat (Erməni Hökm) Komitəsi (ANCA) öz rəsmi Facebook səhifəsində məqaləyə münasibət bildirib, güman edirdi ki, Ermənistan barədə məqalənin Ararat dağı şəkliylə dərc olunması, şübhəsiz ki, Türkiyəni qəzəbləndirəcəkdir.

Məqalənin müəllifi ABŞ-ın Ermənistandakı səfirliyinin üzvü Lia Miller qeyd edir ki, Ararat və ya Masis Ermənistanın milli simvoludur .

“Vulkan mənşəli dağ indi Türkiyə ərazisindədir, bu da ermənilərin girməsini çətinləşdirir. Ancaq bu, onların qəlbində mədəni və tarixi qürurun simvolu olaraq qalır”- deyə müəllif yazır.

Məqalədə Ermənistanın tarixi keçmişi, zəngin mədəniyyəti, ləzzətli mətbəxi, iki il əvvəl baş vermiş “məxməri inqilab”, habelə Ermənistan hökuməti ilə ABŞ səfirliyinin bəzi sahələrdə əməkdaşlığına toxunulur.

Children play on a life-size chess board, a game that is considered a national pastime in Armenia. Photo by Heather Tehan
Daha çox göstər
Back to top button