BaşlıcaSiyasət

İran mediası: “Azərbaycandakı Qarabağ qaziləri hakimiyyətdən ədalət tələb edir”

Azərbaycan hökumətinin Qarabağ qazilərinə karantin müavinəti ödəməmək barədə ayrıseçkilik qərarı onların etirazına səbəb oldu.

“Aran News”-un məlumatına görə, Azərbaycan Respublikası hökumətinin koronavirusla mübarizə planına əsasən, işsizlərə kömək və sosial təminat səviyyəsini artırmaq üçün 600 min vətəndaşa 190 manata yardım nəzərdə tutulub.

Bu dəstək planına uyğun olaraq əvvəlcə hökumətin bu məqsədlər üçün 70 milyon manat büdcə ayırdığı vurğulandı, eyni zamanda, Qarabağ müharibəsi veteranları və onların qadınlarına 190 manat məbləğində yardımın göstərilmədiyi və bunun səbəbi aylıq 80 manat  əmək haqqı aldıqları bəhanə olunub.

 Qərar veteranların və onların ailələrinin etirazına səbəb oldu. Dağlıq Qarabağın “Qurtuluş” İslam hərəkatının rəhbəri Ravşan Əhmədli bununla bağlı dedi:

“Hökumətin koronavirusla mübarizə üçün karantin planı təyin etdiyi 190 manat məbləği gülünc və çox  eyiblidir. Beş işsiz ailə üzvüçün 190 manat yardım əslində bu ailəni lağa qoymaq deməkdir.

Bu məbləğ Azərbaycan bazarındakı və cəmiyyətdəki real vəziyyətə qətiyyən  uyğun deyil. Beş nəfərlik bir ailəni hətta iki həftəyə təmin etmək üçün 190 manat kifayət deyil. Bu qərar bilmirəm hansı məntiqlə qəbul edildi?

Qeyd edək ki, hətta 190 manatın paylanması da müəyyən məqsədlər üçün edildi. Hökumət yardımın 600.000 nəfər üçün nəzərdə tutulduğunu söyləyir. Üstəlik, yuxarıdakı kvota ən azı üç milyon insana aid olmalı idi.

Əslində son hadisələr bir çox soydaşımızın işsiz olduğunu göstərdi və nəhayət Qarabağ qazilərinə 190 manat təqaüdün verilməməsi təkcə özləri üçün deyil, ailələri üçün də təəssüf və acınacaqlı hal  doğurur”.

Digər bir veteran Ələkbər Ali-Şahbaz – Dağlıq Qarabağdan məcburi köçkünlərin hüquqlarının müdafiəsi ictimai təşkilatının rəhbəri deyir:

“Koronavirusun yayılması zamanı hökumətin vətəndaşlara verdiyi maliyyə dəstəyi ilk növbədə Dağlıq Qarabağdakı müharibə veteranlarına və onların ailələrinə verilməli idi.

Bu ayrıseçkilik münasibətidir, 28 ildən artıqdır ki, Dağlıq Qarabağın işğalına  aparıb çatdırıb”.

Daha çox göstər
Back to top button