
Rusiyanın Cənubi hərbi dairəsinin Ermənistanda yerləşən hərbi bazasının, hava qüvvələri Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəkdir.
Rusiya Silahlı qüvvələrinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, Cənubi hərbi dairə qoşunlarının komandanı general-polkovnik Aleksandr Dvornikov tədbirin hazırlığı barədə bəyan etdi.
“Nümayiş uçuşları mayın 9-da, saat 10: 00-da Ermənistanın 12 şəhərində və Yerevanda keçiriləcək. Təyyarələr hərbi hissələrdə keçirilən təntənəli tədbirlərlə paralel olaraq uçacaqlar”-deyərək Dvornikov bildirib.
Tədbirə ümumən 126 təyyarə və 84 helikopter cəlb ediləcəkdir.