BaşlıcaBeynəlxalq

Balkandan gəlmiş fəhlələr Azərbaycanda “qul” şəraitində saxlandıqlarından Avropa Məhkəməsinə şikayət ediblər

“Mən heç vaxt təsəvvür edə bilməzdim ki, 21-ci əsrdə həyat bu qədər qəddar ola bilər. İnsanlara qarşı bu qədər ədaləstizlik ola bilər.”

Bunu SerbAz şirkəti vəsiləsilə Azərbaycanda Buta Palace, Baku Ekspo Mərkəzi kimi binaların tikintisində dəhşətli şərtlər altında çalışan Seudin Zoletiç deyir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) araşdırması xarici işçilərin Azərbaycanda işlədikləri zaman məruz qaldıqları haqsızlıqlara, dəhşətli iş və yaşayış şəraitlərinə işıq salıb.

“İnkişafa aparan kölələr” adlı hesabatın ilk hissəsində SerbAz şirkətinin Azərbaycanda Buta Palace, Baku Ekspo Mərkəzi kimi binaların tikintisinə Balkan ölkələrindən işçiləri cəlb etdiyi bildirilir. OCCRP-nin apardığı araşdırma nəticəsində şirkətin Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun həyat yoldaşı və yaxın tərəfdaşına məxsus olduğuna dair məlumatlar ortaya çıxıb. Nazirlik SerbAz şirkətini 54 milyon manat dəyəri olan bu inşaat layihələrini həyata keçirmək üçün işə alıb.

OCCRP-nin həm-təsisçisi Dru Sallivan Amerikanın Səsinə deyib ki, onlar məsələ ilə bağlı səfirliklər, nazirlik, nazirin qohumları ilə əlaqə qurmağa çalışsa da, onlardan heç bir cavab çıxmayıb.

Bir çox işçi Bakıda keçirdiyi müddət ərzində çox arıqlamışdı. İşçilər tualet və hamamdan istifadə etmək üçün saatlara gözləyirdilər, çünki evdə yalnız iki hamam otağı var idi.

OCCRP-i hesabatda qeyd edir ki, bir müddət sonra işçilərin çarəsizliyi və artan aclıq durumu artıq diqqət cəlb etməyə başladı və buna ilk diqqəti çəkən inşaat yerlərinin yanındakı balaca dükanda işçilərə siqaret və yemək satan bir kişi oldu. O, Azərbaycan Miqrasiya Mərkəzi adlı yerli qeyri-hökümət təşkilatı ilə əlaqə saxlayır. Keçmis polis işçisi olan Əlövsət Əliyevin idarə etdiyi bu QHT-nin bit işçisinin inşaatın hasarından bir-neçə dildə yazılmış buklet atması ilə də bir içşi onlarla əlaqə saxlayır.

Hesabatda qeyd edilir ki, artıq hadisə ictimailəşəndən və işçilər etiraz etməyə başlayandan sonra SerbAz onları yavaş-yavaş ölkələrinə geri göndərir.

Lakin onlara çox cüzi pul ödənir. Zoletiç və bir neçə başqası ölkələrinə geri dönəndən sonra onlara qarşı pis rəftara görə məhkəmə işləri başladılar.

Serbiyanın insan alveri ilə mübarizə aparan təşkilatı Astra işçiləri soğru-sual edir, onlardan məlumatlar toplayır. Bosniyalı prokurorlar isə bu məlumatlara əsaslanaraq, istintaq başladır və SerbAzın 13 yerli nümayəndəsini həbs edir.

Azərbaycanda isə Əlövsət Əliyevin təşkilatı işçilərin adından maaşları gecikdirdiyinə və mənəvi zərərə görə SerbAz-ı məhkəməyə verir. SerbAz isə işçilərin ilk olaraq SerbAz-la deyil, Angilyada qeydiyyatdan keçən şirkətlə müqavilə bağladıqlarını və buna görə də, Azərbaycannın əmək qanunlarının onlara aid olmadığını iddia edir və məhkəmə şikayəti rədd edir.

Zoletiçin son ümidi Avropa İnsan Haqları Məhkəməsidir. Məhkəmənin işçilərin işi ilə bağlı bu il qərar verəcəyi gözlənilir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin həmtəsisçisi Dru Sallivan deyir ki, bu məsələ onu göstərir ki, Azərbaycan hakim ailənin korrupsionerliyi baxımından ən pis vəziyyətdə olan ölkələr sırasındadır.

Daha çox göstər
Back to top button