Başlıcaİctimaiyyət

Ermənistanda daha 134 nəfərdə koronavirus aşkaranıb, 2 nəfər ölüb

Aprelin 30-da Ermənistanda 134 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə ER Səhiyyə Nazirliyinin Operativ Qərargahından məlumat verilib.

Xatırladaq ki, dünənki məlumatlarıyla koronavirusa yoluxanların sayı 1932 idi.

Ümumi olaraq, aprelin 30-da koronavirusa yoluxanların sayı 2066-a çatdı.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 21125 test aparılıb. Son gün ərzində 893 test aparıldı. Hazırda 1103 nəfər müalicə alır.

Son məlumatlara əsasən, 929 nəfər sağaldı (son bir gündə 29 nəfər sağaldı), 32 nəfər vəfat etdi.

Daha çox göstər
Back to top button