Başlıcaİctimaiyyət

Millət vəkili Fazil Mustafa: Koronavirus dünyada ən çox Azərbaycan xalqına fayda gətirdi

“Koronavirus dünyada mənəvi baxımdan Azərbaycan xalqına ən böyük fayda gətirdi”.

Azərbaycan mətbuat vasitələrinin  verdiyi məlumata  görə bu haqda Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bir ay yarım ərzində vətəndaşlar səssiz, səmirsiz, səs-küylü mollalar olmadan qohumlarını dəfn edib evlərinə qayıtdılar. “Mənasız yeddi gün, qırxıncı gün,ildönümü keçirilmir, insanlar böyük miqdarda pulu boş yerə xərcləmirlər.

Müasir texnologiyaların köməyi ilə və ya sosial şəbəkələrdə “Allahdan rəhmət” deyərək yazır elə bununla da israfçılığı dayandırırlar.

İndi epidemiyadan sonra səhv tətbiqlərə qayıtmamaq vacibdir. Təvazökar dini ayinlərə adət etmək dövlətin vacib vəzifələrindən biridir”- deyərək deputat qeyd edib.

Daha çox göstər
Back to top button